ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub Siyasət

ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

ATƏT-ın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təyin edib.

Bu vəzifəyə Annika Soder təyin olunub.

ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndələri ATƏT regionunda böhran və münaqişələrin tənzimlənməsi üzrə sədrin işinə kömək edir və üzv dövlətlərin konkret sahələrdə səylərinin əlaqələndirilməsini təmin edir.

Qeyd olunur ki, 2021-ci il ərzində bundan əvvəlki albaniyalı sədrin xüsusi nümayəndələri də fəaliyyətini davam etdirəcək.