Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib Siyasət

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Zati-alinizə və ailənizə ən xoş arzularımı çatdırır, böyük nailiyyətlər və xoşbəxtlik diləyirəm.

Sizə və Azərbaycana bütün bəşəriyyət üçün sülh və tərəqqiyə töhfə verəcək yeni-yeni nailiyyətlər və firavanlıq dolu yeni il arzulayıram".