Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib” Siyasət

Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

“Türkiyə və Azərbaycan əlaqələrinin gələcəkdə də bu şəkildə inkişaf edəcəyini deyə bilərik”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Türkiyə əlaqələrini artıq bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib: “Gələn dövrlər ərzində də bizim qarşımızda duran əsas iş bu əlaqələrin bütün sahələrdə inkişafına nail olmaqdır”.