Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb Siyasət

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası başlayıb.

İclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti və Rusiya ilə birgə atəşkəsə nəzarət mexanizmi müzakirə mövzusu olacaq.

Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və Şimali İraqda terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.