Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdilər - Deputat Siyasət
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Gənclər Gününün tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutudu. 1997-ci ildə Ulu Ödər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix, 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur:
“Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hər tərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhvə verilmişdir. Bu gün hakimiyyət qollarında gənclərlə işləyəyn ixtisaslaşmış orqanlar mövcuddur.
Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər və İdman məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda, Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri- Hökümət Təşkilataları fəaliyyət göstərir. Həmçinin, dünyada gənclər siyasəti sahəsində fəaliyyət göstərən 20-dən çox gənclər təşkilatının idarə heyətində Azərbaycanlı gənclər işləyirlər. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kiafyət qədər sayda gənclərimiz çalışırlar.
Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasınsda uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə, Prezident İlham Əliyevin dəstəyini hiss edirlər”.
Deputat vurğuıayıb ki, Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər:
“Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpqalarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstətdikləri şücaətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir.
Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır”.