Türkiyə XİN: “ABŞ və Rusiyanın nüvə güclərini məhdudlaşdıran qərarını dəstəkləyirik” Siyasət

Türkiyə XİN: “ABŞ və Rusiyanın nüvə güclərini məhdudlaşdıran qərarını dəstəkləyirik”

“ABŞ və Rusiya Federasiyasının 5 Fevral 2021-ci ildə bitəcək “Yeni Başlanğıc” müqavilə müddətinin 5 il uzadılması qərarını alqışlayırıq və dəstəkləyirik”.

Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

H.Aksoy deyib ki, ABŞ və Rusiya Federasiyasının nüvə güclərini məhdudlaşdıran və iki ölkə arasında strateji sabitliyi təmin edən bu müqavilə qlobal əhəmiyyət daşıyır: “Ümid edirik ki, atılan bu vacib addım silahlara nəzarət rejiminin gücləndirilməsinə və qlobal təhlükəsizlik çağırışlarına qarşı mübarizəyə kömək edəcək”.