Azərbaycan və AİB mikrosahibkarlıq sahəsində birgə layihə hazırlayır Siyasət

Azərbaycan və AİB mikrosahibkarlıq sahəsində birgə layihə hazırlayır

Azərbaycanda mikrosahibkarların kiçik, hətta 2 min manata yaxın olan girovsuz kreditin alınması ilə bağlı ölkə hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə birgə layihə hazırlayır.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, bu layihə sahibkarların girov zəmanətlərinin əsas hissəsinin Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən qarşılanmasını nəzərdə tutulur.

V. Zeynalov qeyd edib ki, sözügedən layihə çərçivəsində nəzərdə tutulan mexanizm də işləyə bilsə, mikro və kiçik sahibkarların girov təminatı məsələsi müəyyən qədər həll olunacaq.