Niderlandda "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxılıb Siyasət

Niderlandda "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") yazısı əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.