Nüfuzlu Niderland nəşri Xocalı faciəsini soyqırım adlandırdı Siyasət

Nüfuzlu Niderland nəşri Xocalı faciəsini soyqırım adlandırdı

Niderlandın nüfuzlu //krant.franekercourant.nl qəzeti və qəzetin eynidlı saytında Xocalı soyqırmı ilə bağlı məqalə dərəc olunub.

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilaın sədr müavini Ələkbər Həşimovun fikirləri əsasında hazırlanmış məqalədə Xocalı soyqrımı haqqında genış məlumat verilib.

Jurnalist məqalədə Xocalıda törədilənlərin soyqırım və qara səhifə adlandirıb. Həmçinin vurğulanıb ki, Azərbaycan xalqı 29 il bundan öncə 26 fevral 1992-ci ildə törədilən soyqırımını hər il yad edir, anım mərasimləri təşkil edir. Qeyd olunub ki, Elxan Mirhəşimlinin fikirlərinə yer verilən yazıda bildirilib ki, Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqrımının Hollandiyada tanınmasını istəyir: “Azərbaycan muharibə istəmir. Biz sulh tərəfdarıyıq, erməni xalqı ilə problemimiz yoxdur. Ermənilərin separatizmə son qoymasını və Xocalıda soyqırım törədənlərin isə məhkəmə qarşısında cəzalanmasını tələb edirik ki, gələcəkdə bu cur soyqrımlar baş verməsin”.

Ermənı separatçılarının tarixi Azərbaycan ərazisi olan Qarabağı və ətraf 7 rayonu işğal edərək 30 il işğalda saxlayıb.

Yazıda həmçinin vuğrulanır. “Elxan Mirhəşimli işğaldan azad edilən Qubadlını, anadan olduğu və böyüyüb boya başa çatdığı öz ata ocağını görmək istəyir. Amma Elxan Mirhəşimlinin evini ermənilər yandırıb, ərazi isə minalanıb, buna görə də evinə gedə bilmir.

Erməni separatizmindən əziyyət çəkən və muharibədən qacıb Hollandiyaya gələn azərbaycanlılar holland hökumətinə onları öz ölkəsində qəbul edib yardımlarını əsirgəmədikləri üçün təşəkur edir.

Yazıda həmçinin Azərbaycan mədəniyyəti, Novruz bayramı, mətbəximiz, Bakıda kecrilən formula 1 yarışması,Azərbaycanın turizm potensialı, Azərbaycan dağlarının Avstriya və İsveç Alp dağlarına bənzədiyi qeyd edilib.

Niderland Azərbaycan Evinin Azərbaycanla Hollandiya arasinda mədəni əlaqələrin qurulması, dostluq və əməkdaşlıq planlarının olduğu qeyd edilib.

Məqsədin iki xalqın mədəniyyətinin ölkələrimizdə yaxından tanıdılması, Azərbaycan xalqının çox qonaqpərvər, istiqanlı olduğu vurğulanıb.

Həmçinin Niderland Azərbaycan Evinin yaradılması, fəaliyyəti və digər məsələlər barədə məlumatlar verilib.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

//krant.franekercourant.nl/reader/?epub=https%3A%2F%2Fkrant.franekercourant.nl%2Fndc-ws%2Ffranekercourant%2Fissues%2F1972%2Ffbclid=IwAR2XS3O6wkwFsemjeomwxf1hKZ1hxH7l-modTKUEKrZ2Vx915i4f9PLmpJI#/pages/10

Elnur Eltürk