Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq Siyasət

Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq

Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlət başçısı bildirib:

"Daxili sabitlik əsas amildir. Azərbaycanda bu, var. Amma baxın görün, bizim bölgəmizdə bir çox yerlərdə bu varmı? Xeyr. Baxın görün, hansı proseslər gedir, hansı ixtilaflar cərəyan edir. Xaricdən gələnlər gəlirlər bəzilərini barışdırmağa. Bəs onda ölkədaxili proseslər nəyə lazımdır, əgər kimsə xaricdən gəlir kimisə barışdırmağa? Yaxud da ki, baxın Ermənistana, indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır".