Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı Siyasət

Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı

Yeni Azərbaycan Partiyası (YAP) xalq partiyasıdır. YAP-ın ümumxalq partiya olması o deməkdir ki, bu partiya xalqı bir yumruq halında birləşdirir və xalqın bütün təbəqələri bu partiyaya inanır.

Bunu Trend-ə müsahibəsində Milli Məclisin deputatı, YAP üzvü Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi də bir daha bunu göstərdi: "YAP-ın 7-ci qurultayında ölkənin 6 partiyası müraciət edərək bu partıyaya qoşuldu. Ötən dövr bir daha onu göstərir ki, YAP Azərbaycan xalqının alternativi olmayan bir partiyasıdır. Xalqımızın ən ağrılı problemi, şərəfimizdə, qürurumuzda ləkə olan məsələ - işğal altında olan torpaqlarımızın azad edilməsi məhz YAP iqtidarı tərəfindən həll edildi".

Deputat əlavə edib ki, Azərbaycan xalqı YAP-ın qurucusu olan Heydər Əliyevin parlaq ruhunu hər zaman ehtiramla yad edir, ona minnətdarlığını bildirir. Bu gün bu partiyanın davamçısı möhtərəm Prezident, Ali Baş Komandan, müzəffər Milli Ordumuzun sərkərdəsi İlham Əliyevdir.