Ukrayna Şimali Koreya hərbçilərini əsir götürdü
11 Yanvar 20:02
"5 il öncə baş verən Dörd günlük aprel savaşı Ermənistan və onun havadarlarına Azərbaycan Ordusunun gücünü göstərdi".
Bunu "Xalq Cəbhəsi" inə açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.
Xatırladaq ki, dörd günlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən hərbi münaqişə olub. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunub.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozub. Rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad edib.
Politoloq bildirib ki, həmin dönəmlərdə işğalçı Ermənistan ağır vəziyyətə düşdüyündən döyüşü dayandırmaq üçün Rusiyaya yalvardı: "Aprel döyüşü hərb tariximizə ən yadda qalan hadisə kimi düşdü, dünya Azərbaycan əsgərinin mübarizliyinin şahidi oldu. Bu döyüş böyük zəfərimizin başlanğıcı oldu".
Politoloq qeyd edib ki, Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi: "Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçılardan təmizləmək iqtidatında olduğunu sübuta yetirdi. Həmin döyüşlərdən sonra Ermənstan ordusunda parçalanma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, yüksək rütbəli hərbçilər işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı".
Cavid