"Ermənistan zaman-zaman tərəflərə boyun əyib" Siyasət

"Ermənistan zaman-zaman tərəflərə boyun əyib"

Ermənistan saxta tarixi olan ölkədir. Bir ölkənin ki, iqtisadiyyatı, sənayesi, hətta sərhədləri başqa bir dövlətin nəzarətindədir, o ölkə necə müstəqil ola bilər. Ermənistan tarixən Rusiyanın quberniyası olub, Kremlin ssenarisi üzrə hərəkət edib.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.
Politoloq qeyd edib ki, bugünki Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində formalaşan bir "ölkə"dir: "Tarixi isbat edir ki, Azərbaycan dilində Ermənistan sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl Ermənistan adı məlum deyil. 1588-və 1728-ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq İrəvan əyaləti və İrəvan əyaləti adlanır. Əyalətin əsasında yaranmış xanlıq və Rusiyanın bu xanlıq əsasında təşkil etdiyi quberniya da İrəvan xanlığı və İrəvan quberniyası adlanırdı. Ermənistan adının kökünü Azərbaycan dilində 'erməni etnonimi təşkil edir. Lakin tarixən erməni etnonimi ermənilərin özünüadlandırması olan hay etnonimi ilə üst-üstə düşmür. Bu günün Ermənistanı Azərbaycanın qədim torpaqları üzərində qurulduğundan bu "ölkə" başqasının əlində oyuncaqdır".
M.Məmmədov qeyd edib ki, işğalçı Ermənistan tarixən Rusiyanın və Qərbin vassalı olub. Ermənistanın terrorçu rəhbərləri belə müstəqil siyasət, mövqe nümayiş etdirməyiblər. Xüsusən, ikinci dəfə Azərbaycan torpaqlarını işğal etdikdə Rusiya və Qərb ona dəstək oldu. Kremlin açıq dəstəyi ilə torpaqlarımız işğal edildi. Lakin Ermənistan "böyük qardaşına" da xəyanət etdi, Qərbə üz tutdu, onun ətəyindən yapışdı. Qərb və Rusiya arasında qalan Ermənistan zaman-zaman tərəflərə boyun əydi. Bu da onun müstəqil olmadığı, saxta bir "ölkə" olduğunun göstəricisidir. Nəticədə Ermənistan məğlub oldu. Havadarları da təşviş içindədir".
Politoloq onu da qeyd edib ki, Ermənistanda bu gün baş verən daxili qarşıdurmalar da kənarın ssenarisidir: "Paşinyan Sorosun təyinatı ilə baş nazir olub. Bu gün isə xalq onu devirir. Ekslər məsləhətləşmək üçün Moskvaya üz tutub. Xalq ağır durumda, əhali ölkəni tərk edir, aclıq, kasıblıq... Quberniya fəlakətə doğru iri addımlarla addımlayır. Ermənistanda heç vaxt xalq-hakimiyyət birliyi olmayıb. Çünki hakimiyyəti xalqa yad olub, rəhbərlər xaricinin istəyi ilə təyin olunub. Ona görə də Ermənistanın gözü xarici cibində olub. Bu gün xaric də Ermənistana arxa çevirib, öz cəzasıdır çəkir".
Cavid