ABŞ Dövlət katibi Ukrayna XİN başçısı ilə görüşüb Siyasət

ABŞ Dövlət katibi Ukrayna XİN başçısı ilə görüşüb

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Bu barədə D. Kuleba "Twitter"də bildirib.

“Rusiyanın müharibə ritorikasını artırdığı və hərbçilərini sərhəddə cəmləşdirdiyi bir zamanda Brüsseldə amerikalı həmkarım ilə görüşmək çox yaxşı oldu”, - deyə o vurğulayıb.

XİN başçısı qeyd edib ki, hər hansı bir yeni hərbi macəranın bədəli çox yüksək olacaq.

“Moskvanı gərginləşmə yaratmaqdan çəkindirməliyik”, - deyə ukraynalı nazir bildirib.