Türkiyədə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyası təsis edildi Siyasət

Türkiyədə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyası təsis edildi

Artıq komissiyanın sıralarında Türkiyənin, Azərbaycanın və Rusiyanın, digər türkdilli ölkələrin görkəmli şəxslərinin adı var...
Bu gün Türkiyədə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının təsis edilməsi bəyan olundu. Komissiyanın rəhbəri Dünya Türk Jurnalistlər Birliyinin sədri, Trtajans Media Holdinqinin Prezidenti, beynəlxalq statusa malik araşdırmaçı jurnalist Salih Kurt seçilib.
Qeyd edək ki, Türkiyədə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının məqsəd və məramı Ermənistanın 1915-18-ci illərdə Azərbaycanlılara qarşı törətdiyi soyqırımları, eləcə də 1990-cı illərdə Azərbaycanın tarixi və əzəli torpağı olan Qarabağın dağlıq ərazilərini işğal etməklə yüz minlərlə dinc sakinin doğma torpaqlarından qovmasını, on minlərlə insanın ağır işğəncələrlə öldürülməsini, 11 rayon (Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə) mərkəzini və minlərlə kəndləri, mədəni, dini abidələri, məscidləri və s. tamamilə və qismən darmadağın etməsini və s. araşdırıb dünya ictimaiyyətinə bu vəhşiliyi kompleks şəkildə maddi sübutlarla çatdırmaqdır.
Xatırladaq ki, Komissiya 07 aprel 2021-ci il tarixdə, Türkiyə vaxtı ilə saat 15:00-da “31 Mart 1918-ci ilin Azərbaycanlıların Soyqırımı Beynəlxalq onlayn Konfransı”nın gedişində işğaldan azad edilmiş Zəngilan rayonundan telefonla qonaq qismində qoşulan Azərbaycanın ekologiya nazirinin müavini Firdovsi Əliyevin təşəbbüs və təklifi ilə gündəmə gətirilmiş, yaradılmasına qərar verilmişdir.
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının məqsədi:
1.Ermənistanın işğalçılıq siyasəti və təcavüzü nəticəsində Azərbaycanın Qarabağ bölgəsində 1990-cı ildən başlayaraq müxtəlif zamanlarda ermənilərin törətdiyi müharibə cinayətlərini obyektiv olaraq araşdıraraq bu hərbi cinayətlərin müəlliflərini konkret faktlarla ifşa etmək:
2.Ermənilərin Qarabağda mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi və qırğınları, insanlığa yaraşmayan terror əməllərini və qətlləri, eləcə də işğal edilmiş ərazilərdə kütləvi məzarlıqlara, tarixi və mədəni irsə qarşı törədilmiş vandalizm hərəkətləri nəticəsində dəyən ziyanın həcmini müəyyənləşdirməklə, yerli və xarici akademik təsisatların diqqətini bu vəhşiliyə yönəltmək, məsələni beynəlxalq İnsan Haqları Məhkəməsində mübahisələndirmək;
3.Qeyd olunanların hüquqi statusunu müəyyənləşdirmək və komissiyanın Qarabağ bölgəsində normal və işgüzar fəaliyyətinin təmini üçün müvafiq sənədlərin Türkiyə Böyük Millət Məclisində və Türkiyə Prezidentinin Administrasiyasında dəstəklənməsinə, komissiyanın işğaldan azad edilmiş bölgədə xüsusi diplomatik statusla fəaliyyətinin təmin edilməsinə hüquqi razılıq əldə edilməsinə nail olmaq;
4.Eləcə də tanınmış tədqiqatçı alim və elm xadimlərinin, müstəqil araşdırmaçı jurnalistlərin, tarixçilərin təmsil olunduqları Komissiyanın işçi qrupunun işğaldan azad edilmiş bölgədə səmərəli fəaliyyəti üçün müvafiq sənədlərin Azərbaycan Prezidentin Administrasiyasına təqdim edilməsi ilə, onların minalanmış ərazilərə keçidinin təmin olunmasına nail olmaq;
5.Həmçinin Komissiyanın İşçi Qrupunun bölgədə səmərəli fəaliyyətinin təmin olunması üçün zəruri maliyyə xərclərinin smetasının, iş planının Türkiyə və Azərbaycanın müvafiq dövlət qurumlarına təqdim edilməsini təmin etmək;
6. Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının İşçi Qrupunun Azərbaycanın müvafiq rəsmi qurumları ilə səmərəli əməkdaşlığının təmin edilməsi üçün müfafiq sənədlərin aidiyyəti üzrə Azərbaycanın Prezident Administrasiyasına göndərilməsinin təmin edilməsi;
7.Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyası tərəfindən Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq təcrübənin tətbiqinin təmin olunmasına nail olmaq;
8.Hərbi münaqişə bölgəsindəki təbii ehtiyatlara, ekologiyaya düşmən tərəfindən vurulmuş ziyanın hesablanaraq Beynəlxalq Ekoloji təsisatlar qarşısında məsələ qaldırılmasına nail olmaq;
9.Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının Avropa İnsan Haqları Təsisatları ilə sıx əməkdaşlığının təmin edilməsinə nail olmaq və tələb olunarsa, Avropa İnsan Haqları Konvensiyasının 11 və 6-cı maddələrinin tələblərinə uyğun olaraq işçi qrupun fəaliyyət stategiyasını və büdcə planını aidiyyəti üzrə təqdim etmək.
Xatırladırırq ki, Komissiyanın fəaliyyəti ilə bağlı bu mətnin layihəsi Türkiyə Böyük Millət Məclisinə və Türkiyə Cümhuriyyətinin Prezident Adminstrasiyasına, eləcə də Azərbaycan Parlamentinə göndərilmişdir.
Onu da qeyd edirik ki, Komissiyanın tərkibi ilkin olaraq aşağıdakı kimi təşkil edilmişdir:
Komissiyanın sədri: Prezident Press.Dipl. Salih KURT;
Komissiya sədrinin müavini: Prof. Dr. Kerem KARABULUT (Atatürk Ünv.);
Komissiya sədrinin müavini: Prof. Dr. İlham Rəhimov (Azərbaycan);
Komissiya sədrinin müavini: Prof. Dr. Hikmet ÖKSÜZ (Karadeniz Texniki Ünv.).
Komissiya sədrinin müavini: Prof. Dr. Yusuf BOZKURT (İskenderun Unv.);
Komissiya sədrinin müavini: Prof. Dr. Oleq Yuryeviç Kuznetsov (Rusiya);
Komissiya sədrinin müavini: Prof. Dr. Cüneyt YÜKSEL (İstanbul Unv.);
Komissiya sədrinin müavini: Prof. Dr. Bayram ALTAN (ISAK sədriŞ Komisyon Akademik Danışmanı);
Komissiya sədrinin müavini: Prof. Dr. Hikmət RAMIXANOV ( Rusiya);
Komissiya sədrinin müavini: Prof. Dr. Refik TURAN (Türk Tarix Cəmiyyətinin keçmiş prezidenti);
Komissiya sədrinin müavini: Prof. Dr. Mehmet Ali BEYHAN (Türk Tarix Cəmiyyətinin sabiq prezidenti);
Komissiya sədrinin müavini: Dipl Ped. Abdulkadir INALTEKİN (Almaniya, Humbod Unv. təqaüdçü);
Komissiya sədrinin müavini: hüquqşünas Adil MİNBAŞI (Azərbaycan);
Komissiya sədrinin müavini: Araşdırmaçı Jurnalist Asif MEMMEDOV (MERZİLİ, Azərbaycan);
Komissiya sədrinin müavini: Araşdırmaçı Jurnalist Yasemin MEMMEDOVA(Azərbaycan);
Komissiya sədrinin müavini: Araşdırmaçı Jurnalist Yasemin KURT (Türkiyə);
Komissiya sədrinin müavini: Araşdırmaçı Jurnalist Müslüm AKTÜRK(Türkiyə);
Komissiya sədrinin müavini: Araşdırmaçı Jurnalist Erhan ESMERAY (Türkiyə);
Komissiya sədrinin müavini: Dr. Rəhman AYDIN (Türkiyə).

Təqdim etdi: Yasimin KURT
(Türkiyə)