Ermənistan cəmiyyətində xaos davam edəcək Siyasət

Ermənistan cəmiyyətində xaos davam edəcək

Müharibədə məğlubiyyət Ermənistanın siyasi palitrasını parçalayıb. Siyasi liderlər və hakimiyyətdə olan strukturların bir-birlərinə qarşı ittiham irəli sürmələri bu ölkədə məğlubiyyətin acı təcəssümüdür. Hesab edirəm ki, Paşinyan iqtidarı bu gün məğlubiyyəti keçmiş hakmiyyətdə görür. Bunun müqabilində onlara qarşı ittihamlar səsləndirməsi növbəti seçkilərdə onları neytrallaşdırılmasına çalışır.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq
Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu ölkənin sabiq Baş Qərargah rəisi Onik Qasparyanın konkret olaraq" əsas məğlubiyyətdə Paşinyan məsuliyyət daşıyır" aciqlamaları əsasən seçkidə ona qarşı bir qara piardı: "Göründüyü kimi siyasi vəziyyətin mürəkkəbləşəcəyi istisna deyil. Azərbaycana qarşı revanşizm siyasəti, müxalifətin bunu qabartması əsasən ideoloji bir sarsıntıdı. Bundan sonra onların bu yanaşmaşı öz əleyhinə dəyişəcək. Ermənistan cəmiyyətində xaos davam edəcək və onlar üçün barış sürəci çox ağrılı olacaq. Barış bizə yox, onlara lazımdır".
Cavid