Ali Baş Komandanın növbəti qələbəsi: Kapitulyasiya aktını imzalayan Ermənistan indi də mina xəritələrini verməyə məcbur oldu Siyasət

Ali Baş Komandanın növbəti qələbəsi: Kapitulyasiya aktını imzalayan Ermənistan indi də mina xəritələrini verməyə məcbur oldu

2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edilib.

Qarabağ erməni işğalından azad edildikdən sonra Azərbaycan üçün ən aktual məsələ bu ərazilərin minalardan təmizlənməsi və bu ərazilərin yenidən bərpasıdır. 30 il ərzində erməni işğalçıları çoxlu sayda sədd xətləri, torpaq qalaları, istehkamlar düzəldib, bu ərazilərdə yüz minlərlə mina basdırıblar.

Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında ən sərt formalarda bu xəritələrin vacib olduğunu və Ermənistanın bu xəritələri təhvil verməli olduğunu bildirib. Prezident İlham Əliyevi bütün beynəlxalq platformalarda, bütün çıxışlarında Azərbaycan torpaqlarının minalanması məsələsini dilə gətirib. Dövlət başçısı dəfələrlə beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistandan imtina etməsini, xəritələri verməsini tələb etməsini bildirib.

ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələ ilə bağlı çağırışları, Ermənistanın xəritələri vermək məcburiyyətində qalması Prezident İlham Əliyev diplomatiyasının növbəti böyük nailiyyətidir.

Artıq Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqlar öz sözünü deyir. Kaputiliyasiya aktını imzalayan Ermənistan hakimiyyəti indi də mina xəritələrini vermək məcburiyyətində qaldı.

Mina xəritələrinin olmaması təkcə Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsi prosesi illərlə uzana bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələcəkdi, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə aparmaq və əhalinin bu torpaqlara qayıtmasını təmin etmək mümkün olmazdı.

Qarşıda isə Qarabağın sürətli bərpa prosesi dayanır. Bu xəritələrin olması bu prosesin həm sürətli, həm də təhlükəsiz aparılmasına imkan verəcək.