İtaliya mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır Siyasət

İtaliya mina xəritələri müqabilində Azərbaycanın saxlanılan erməniləri təhvil verməsini alqışlayır

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayır.

Trend bu barədə nazirliyə istinadən məlumat verir.

Qeyd olunub ki, İtaliya XİN Avropa İttifaqının, o cümlədən İtaliyanın maraqları baxımından strateji region hesab olunan Cənubi Qafqazda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə ümid edir:

"İtaliya Aİ və ATƏT-in dəstəyi ilə Bakı və Yerevan arasında sabitlik və regional artım yönəlmiş dialoqun möhkəmlənməsini dəstəkləyir. Biz iki ölkə arasında vəziyyətin inkişafını, qarşılıqlı etimadın möhkəmlənməsini diqqətdə saxlayacağıq".

Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda 97 min tank və piyada əleyhinə minanın qeyd olunduğu xəritə müqabilində 15 ermənini Ermənistana təhvil verib.