Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavinini qəbul edib Siyasət
- 21 İyun 2021 17:39
- 2 527
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.
Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi bildirilib, Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulanıb.
Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirilib.
Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edildi və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olunub. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edildi.
Muxtar Tleuberdi Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik edib. O, bu Qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay
-
Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır
-
Lukaşenko: Kiyev indi danışıqlara getməsə, Ukrayna dövlətçiliyini itirəcək
-
Paytaxtda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görüldü
-
Prezident İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
-
Azərbaycan və Macarıstan arasında sənədlər imzalanıb
-
Sabahın hava PROQNOZU
-
Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
-
Yanvar-mart aylarında İtaliyadan Türk limanlarına 7 milyon tondan çox yük daşınıb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam şəhərində olublar
-
Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub
-
Peter Siyarto: Ukraynadakı müharibə total uğursuzluqdur
-
Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar
-
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
-
Xanada silah-sursat aşkar edilib
-
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
-
Təbrizdə qadın azarkeşlərin stadiuma girişlərinə qadağa qoyulub
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
-
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı
-
Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub
-
Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?
-
Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
-
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
-
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
-
Rusiyadan NATO-ya xəbərdarlıq
-
Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi - FOTO/VİDEO
-
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir - FOTO
-
Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ölkədə may ayının 1-dən bu qadağa qüvvəyə minir