Deputat Avropa Şurasını mina xəritələri ilə bağlı tədbir görməyə çağırıb Siyasət

Deputat Avropa Şurasını mina xəritələri ilə bağlı tədbir görməyə çağırıb

“Azərbaycan torpaqları erməni işğalından azad edilsə də, məcburi köçkünlər hələ də minalanmış ərazilərə görə öz torpaqlarına qayıda bilmirlər. Bu barədə Avropa Şurası təcili addım atmalıdır”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadarai yay sessiyası zamanı çıxışında deyib.

Rusiyadakı soydaşlarımız ölkənin Baş prokuroruna müraciət ediblər
Türkiyə XİN: “Türkiyə Cənubi Qafqazda sülh, sabitlik üçün hər cür dəstəyi verməyə davam edəcək”
Parlamentdə Niderland ilə ikitərəfli münasibətlərə dair müzakirələr keçiriləcək
O qeyd edib ki, iyunun 4-də Kəlbəcərdə iki azərbaycanlı jurnalist minaya düşərək həlak olublar: “Biz hər platformadan Ermənistana səslənərək onlardan minalanmış ərazilərin xəritələrini istəmişik. Onlar Ağdam rayonu üzrə 97 min minanın xəritəsini iyunun 12-də təhvil verib. Təsəvvür edin ki, təkcə bir rayonda bu qədər mina var. Nikol Paşinyan çıxışında fəxrlə bunun sadəcə minalanmış ərazilərin bir qismi olduğunu bildirib”.