Fələstin səfiri: “Şuşadakı dağıntını görmək çox kədərlidir” Siyasət

Fələstin səfiri: “Şuşadakı dağıntını görmək çox kədərlidir”

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və burada olmaqdan məmnunam”.

APA-nın xəbərinə görə, bunu Şuşada səfərdə olan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim jurnalistlərə açıqlamasında deyib.

O, Bülbül kimi mədəniyyət xadimlərinin Azərbaycanın mədəniyyətinə, incəsənətinə böyük töhfələr verdiyini bildirib.

“Ancaq eyni zamanda, ötən on illiklər ərzində baş verən bu dağıntını, baxımsızlığı görmək çox kədərlidir. İnanıram ki, qısa zamanda şəhərin infrastrukturu, tarixi və mədəni binaları yenidən bərpa olunacaq. Dua edəcəyəm ki, Şuşada hər zaman sülh olsun. Ümumiyyətlə, azərbaycanlılar, şuşalılar hər xaman müharibədən, münaqişədən uzaq olsunlar. Şuşa daim çiçəklənsin, inkişaf etsin”, - deyə Fələstin səfiri vurğulayıb.