“Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq”-Məhəmməd Əsədullazadə Siyasət

“Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq”-Məhəmməd Əsədullazadə

“Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun sədri, politoloq Məhəmməd Əsəsdullazadə deyib. Onun sözlərinə görə, Ermənistan birinci, Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaq istəyir: “İkincisi Fransa və Rusiyanın təhriki ilə Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına çalışır. Üçüncüsü Azərbaycan tərəfinin tələbələrinin əksinə olaraq böhranı davam etdirmək istəyir. Dördüncüsü Beynəlxalq müstəvidə münaqişənin bitmədiyini və Azərbaycanın Ermənistan ərazisində olduğunu görüntüsünü yaratmaq məqsədi güdür”.
M.Əsədullazdə əlavə etdi ki, Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil: “Məhz Rusiyanın müdafiə nazirinin müavininin Ermənistanda olduğunu nəzərə alsaq, erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil.
Hazırda Azərbaycana ciddi təzyiqlər var. Cənubi Qafqazda Avropa ittifaqı, ABŞ, Rusiya, Fransa hətta İranda öz maraqlarını qabarıq surətdə göstərir. Və hər biri problemi körükləməklə öz mövqelərinə uyğun olaraq idarə etməyə çalışır. Ermənistanın mövqelərinə uyğun olaraq Azərbaycana təzyiq siyasəti həyata keçirilir. Məhz sərhəddə baş verənlər Ermənistana bu və ya digər müstəvidə siyasi dəstəyin nəticəsidir. Amma, bu kimi siyasi dəstək Ermənistanı daha da daxili siyasi böhrana yuvarlanmasına səbəb olacaq.
Bu təzyiqlər fonunda Türkiyə Azərbaycan tandemi ilə proseslərdə uğurlu qalibiyyət əldə etmək mümkündür. Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq və Azərbaycan tərəfnini Minsk qrupunun fəaliyyətinə və digər şərtlərlə razılaşması gözlənilmir”.

Əli Zülfüqaroğlu