“Erməni lobbisinin hədəfi türk xalqlarının birliyini zədələməkdir” – Fuad Hüseynzadə Siyasət
“Dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmirlər. Eyni zamanda qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi erməni lobbisini kəskin şəkildə aqressivləşdirib”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu Diasporun Fəaliyyətinə Dəstək İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər: “Bunun üçün ANCA 2021-ci il üzrə anti-Azərbaycan və ant-Türkiyə prioritetlərini müəyyənləşdirib. Bu prioritetlərdə əsasən Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək, bu iki ölkəyə qarşı dünyanın hər yerində böhtan kampaniyası aparmaq, qondarma soyqrımı tanıtmaqdan ibarətdir.
Vətən müharibəsindən sonra dünya erməniləri tərəfindən xaricdəki azərbaycanlılara və türklərə qarşı terror, sui-qəsd, tərxribatlar və iqrçi hücumları daha da artıb. Bununla yanaşı, ermənilər xaricdə Azərbaycana və Türkiyəyə qarşı qarayaxma kampaniyaları da aparmağa üstünlük verirlər. Erməni lobbisi müxtəlif ölkələrdə Azərbaycan və Türkiyənin diaspor üzvlərinə də fərqli yollarla təzyiq edir və ya etdirirlər. Belə təhdidlər Azərbaycan və Türkiyə diasporunun inkişaf tempin aşağı sala bilər. Erməni lobbisinin hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə türk xalqlarının birliyini zədələməkdir. Buna görə də dünyadakı erməni separatçı qurumların fəaliyyəti daimi nəzarətdə olmalı və onların planlarına qarşı bütün türk dünyasının cavab tədbirləri görülməlidir. Buna qarşı önləyici tədbirlərin görülməsi bir millət iki dövlət naminə artıq tarixi zərurətə çevirilib. Məhz bunlara cavab olaraq görüləcək fəaliyyətlərin davamlı olması üçün strateji qurumun yaradılması zəruri hesab edirik. Türk xalqlarının haqlarının müdafiəsi və bu istiqamətdə önləyici fəaliyyət aparmaq üçün Türk dünyası jurnalistlərinin 15-ci görüşündə “Türk Xalqları və Topluluklarının Haqlarının Müdafiəsi Mərkəzi”nin yaradılmasını təklif etmişik və Yalova bəyannaməsində təklifimiz qəbul olunub. Həmsədr formasında idarə olunacaq təşkilata hər türk dövlətindən bir nümayəndənin təyin edilməsi mümkündür. Fikrimizcə, erməni lobbisinin terrorçu, separatçı, cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaradılmalıdır. Bunun üçün türk xalqlarının əlində kifayət qədər resurslar var. Bu baxımdan təbliğat işi informasiya müharibəsi üzərindən aktiv aparılmalıdır. Erməni lobbisinə, ümumiyyətlə türk xaqlarının düşmənlərinə qarşı informasiya mübaribəsində təkcə müdafiə deyil, hücum taktikalarından da istifadə edilməlidir”.