“Azərbaycan - Türkiyə konfederativ birliyinin əsası qoyuldu”-Əziz Əibəyli Siyasət

“Azərbaycan - Türkiyə konfederativ birliyinin əsası qoyuldu”-Əziz Əibəyli

“Türkiyə yanğınları Azərbaycan - Türkiyə konfederativ birliyinin əsasını qoydu”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu siyasi şərhçi Əziz Əlibəyli deyib. O, əlavə edib ki, bunu tam mənada açıq-aşkar ifadə etməkdən çəkinməməliyik: “Çünki azərbaycanlı yanğınsöndürənlər təkcə alovlara qalib gəlmədi, Türkiyə xalqının qəlbini fəth etdi. Könüllərdə başqa bir Azərbaycan (Artıq Qarabağ müharibəsi yartamışdı) inşa etdi.
Könüldən - könülə federasiyamızı qurduq. Bu tarixi missiya bizim yanğınsöndürənlərin çiyinlərində daşınmaqdadır.
Türkiyə vətəndaşlarının sosial şəbəkə hesablarına baxın:
Tvitter, İnstagram, Tik-tok Azərbaycan nidaları ilə titrəyir. “Yanan evdən türk bayrağını çıxaran azeri asker, Trabzon küçələrindən şövqlə keçən FHN maşınları, alova nokta atışı yapan pilotumuz, amfibiyamız" və nələr...
Sanki Nuru Paşan 1918-ci ildə Bakını daşnak-bolşevik işğalından necə azad etmişdisə, eynisi Anadolunu düşməndən qoruyan Azərbaycan mülki müdafiə nəfərlərinin alın tərində yaşanmaqdadır.
Böyük bir sevgi seli var, bu sel bütün alovları söndürəcək, mavi göy üzü kimi saf və əbədi sevginin əsasını qoyacaq”.