MHP millət vəkili: “Bu ağır günlərdə Azərbaycanın Türkiyəyə dəstək verməsi milli birliyimizi daha da sarsılmaz edir” Siyasət

MHP millət vəkili: “Bu ağır günlərdə Azərbaycanın Türkiyəyə dəstək verməsi milli birliyimizi daha da sarsılmaz edir”

“Ölkəmizdə baş verən yanğınlarda təbii faktorların rol oynaması ilə yanaşı, sabotaj və terror şübhələri də var”.

Bun suna Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisnin Ərzurum millət vəkili Kamil Aydın bildirib.

Onun sözlərinə görə, yanğının qəsdən törədilməsi şübhələrilə əlaqədar Türkiyənin müvafiq qurumları ciddi araşdırma aparırlar: ““Help Turkey” paylaşımları ilə alçaqcasına təxribatlara yol verirlər. Ankara Baş Prokurorluğu bu istiqamətdə araşıdrmalara başlayıb. Başqa dəlillər də var. Bir gündə eyni vaxtda 7-8 yerdə yanğınların başlaması, məni də narahat edir. Amma hələlik bu barədə danışmaq tezdir. Dövlətin müvafiq qurumları çox həssaslıqla bu məsələlərlə məşğul olur”.

Millət vəkili bildirib ki, MHP sədri Dövlət Baxçalının Türkiyədə ardıcıl olaraq baş verən sel, yanğın və digər təbii fəlakətlərdən fürsət olaraq istifadə edib ölkənin təhlükəsizliyinə rəvac verən qüvvələrlə mübarizə çağırışına qoşulanlar hər zaman olduğu kimi dövlət-xalq biriliyi prinsipi ilə Türkiyəyə dəstək verməkdədir: “Məlumdur ki, məqsəd Türkiyəni zəiflətmək, asılı vəziyyətə salmaqdır. Biz də bu qüvvələrin əleyhinə birliyimizi, bərabərliyimizi daha da artırıb Türkiyənin qüdrətinin zəifləməsinə imkan verməməliyik. MHP sədrinin çağırışı da bu birlikdə önəmli rol oynamaqdadır. Əsas olan bu çətin günlərdə dövlət və xalq birliyini daha da gücləndirməkdir”.

Türkiyənin bu ağır günlərində Azərbaycandan verilən dəstəkdə də dövlət-millət birliyinin əsas rol oynadığını vurğulayan K. Aydın bildirib ki, bu yardım Azərbaycan-Türkiyə qardaşlığını, milli birliyini daha sarsılmaz edir: “Ölkələrimizin başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın düzgün siyasəti, səmimi dostluğunun nəticəsidir ki, bu gün azərbaycanlı qardaşlarımız dar günün dostları olaraq bizimlədir. Hazırda yanğın bölgələrində xeyli azərbaycanlı yanğından xialsetmə qrupu və sadə vətəndaşlarımız var. Azərbaycan texniki dəstəyini də əsirgəmir. Bu məsələdə də “Bir millət, iki dövlət” prinsipi bir daha təsdiqləndi. Bir şər bir xeyrə vəsilə oldu. Necə ki, 44 günlük Qarabağ savaşı zamanı biz Azərbaycanı tək buraxmadıq, Azərbaycan da bu ağır günlərdə bizə dəstək fürsətini qaçırmadan həm qəlblərilə, həm qüvvələrilə, həm fiziki olaraq bizim yanımızda yer aldılar. Bu, bizləri daha doğmalaşdırdı”.