“Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir” Layihə

“Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir”

Məhəmməd Əsədullazadə: “Moskva Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır”

“Rusiya və Ermənistanın Qarabağ danışıqlarının yeni formatda – separatçıların iştirakı ilə aparılması istiqamətindəki səyləri həll prosesinə zərbə vurur. Hesab edirəm ki, gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bu format müzakirə olunacaq. Belə bir format Azərbaycan üçün qəbuledilməzdir. Valday Klubunun Soçidə keçirilən toplantısında Prezident İlham Əliyev Qarabağ məsələsində qəti mövqeyini ortaya qoydu və bundan sonra digər arqumentlərin dilə gətirilməsi mənasızdır. Prezidentin Qarabağla bağlı mövqeyi öz aktuallığını saxlayacaq və danışıqların belə bir formatda aparılmasına razılıq verməyəcək”.Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Məhəmməd Əsədullazadə səsləndiirb. O digər suallarımızı da cavablandırıb.
-Gələn il Rusiyanın Azərbaycan və Ermənistan liderlərinin birgə görüşünü təşkil edəcəyini istisna etmirəm. Qənaətimə görə, bu görüş reallaşsa, danışıqlar “Kazan formulu” çərçivəsində aparılacaq. Lakin danışıqların hansı formatda aparılmasından asılı olmayaraq, Ermənistana ərazi güzəşti etməmək Azərbaycan prezidentinin prioritetidir.
Danışıqlar yenidən “Kazan formulu” çərçivəsində aparılsa, Kremlin Azərbaycandan istəkləri olacaq: “Bu, ənənəvi olaraq, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, o cümlədən Avrasiya İttifaqına üzvlüyü ilə bağlıdır. Bakının bu məsələdə mövqeyi bəllidir, ilk növbətə işğal edilmiş ərazilər qaytarılmalı, bundan sonra məsələyə baxılmalıdır.

-Dağlıq Qarabağ separatçılarının fəaliyyəti ilə bağlı fikirləriniz necədir? Separatçıların “xarici işlər naziri”i həmsədr dövlətlərə, eyni zamanda, Avropaya səfər etdi...
-Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qurum siyasi fəaliyyətini genişləndirib və danışıqlarda Qarabağın statusu üçün Birləşmiş Ştatlar, Rusiya və Fransanın dəstəyini alır. Qondarma rejimin rəhbərliyi Avropada danışıqlar apararaq Azərbaycanı fakt qarşısında qoymağa çalışırlar. Təssüf ki, rəsmi Bakı separtçıların bu səfərlərinin qarşısını ala bilmir. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Avropa dövlətlərinin ikili standartaları, separatizmi açıq dəstəkləmələri beynəlxaq hüququn tapdalamasına zəmin yaradır. Separtçılara qarşı Avropa və Birləşmiş Ştatların bu loyal münasibəti danışıqlarda Qarabağın Azərbaycandan qopardılmasına siyasi bir mexanizm hazırlayır. Məhz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Dağlıq Qarbağ əhalisnin iradəsinə zidd olan heç bir razılaşmanın olmayacağını və referendumun Qarabağda keçirilməsini açıq şəkildə ifadə etməsi artıq, münaqişənin həllində aparılan danışıqlarda yeni formatın olduğundan xəbər verir. Bu formatı həmsədrlər də qəbul edir və separtçıların sıx-sıx Avropa və ABŞ-a səfəri buna hesablanıb. Qarabğdakı separtçıları Ermənistan rəhbərliyi, xüsusi ilə Paşinyan xarici səfərlərə göndərərək danışlıqlarda öz formulunu diktə etməyə çalışacaq. Artıq, Rusiya bu formulu Sergey Lavrovun dili ilə qəbul etdiyini elan etdi. Ancaq onu da qeyd edim ki, Azərbaycan Ermənistan rəhbərliyinin bu siyasi avantürsının qarşısnı almağa qadirdir. Cəbhədə Ermənistana zərbə endirliməyincə Ermənistan diplomatik yolla bizə əraziləri qaytarmayacaq. Ermənilər ona görə Qarabağda bizlə döyüşməyib ki, bir neçə ildən sonra xoşluqla, təkcə Qarabağa Azərbaycanın tərkibində muxtariyyətə razılaşmaqla əraziləri bizə qaytarsın. Nəzərinizə çatdırıram ki, bu yaxınlarda baş tutan Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri regiondakı geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı, Ermənistana mesaj xarakterlidir. Onun sözlərinə görə, bu təlimlər Azərbaycanın hərbi gücünü bir daha nümayiş etdirməklə Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir. Təbii ki, təlimlərin keçirilməsi sıradan bir tədbir deyil, real müharibə, ərazilərin qaytarılması, düşmənə zərbələrin endirilməsi şərti adında keçirilir. Bir neçə ildir Azərbaycanın silah arsenalı yenilənir, müasir raket- artilleriya və aviasiya silahları ilə təchiz edilir. Demək olar ki, Ermənistanla paritet şəkildə üstünlük Azərbaycan tərəfindədir. Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun proses olmayacaq. Yeni dəyişikliklər və geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir. Qeyd edim ki, münaqişənin həlli ilə bağlı növbəti görüş Bratislavada keçiriləcək. Xarici işlər naziri Elmar Məmmədyarov masada hazır sənədlərin olduğunu və bu görüşdə Ermənistanın həqiqətən substantiv danışıqlara keçib-keçməyəcəyini bu danışıqlarda görəcəklərini vurğuladı. Demək, Ermənistan bu günə qədər real danışıqlar aparmayıb, bundan sonra bəlli olacağı hələ ki məchuldur. Belə olan təqdirdə, diplomatiyanın bacarmadığını ordu bacarır.
Azərbaycan ordusu Araz boyu ərazilərə hücum edib, maksimum şəkildə əraziləri azad edə bilər. Artıq, buna geosiyasi şərtlər də cavab verir. Məhz bundan narahat olan Rusiya xarici işlər naziri Sergey Lavrov “Qarabağ xalqı” ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır və Azərbaycana mesaj verir. Təbii ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, bu 7 rayonun ərazilərini əhatə edəcək, Qarabağdakı erməni icmasının kompakt yaşadığı ərazilərdə Azərbaycan özü onların təhlükəsizliyini təmin etməyə hazırdır. Rusiyanın bu faktordan istifadə etməsi təhlükəli amildir. Göründüyü kimi Rusiya münaqişənin həllində maraqlı deyil, rəsmi İrəvanın mövqeyindən çıxış edir. Sonda qeyd edim ki, Moskva məhz Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır və Paşinynanın Qərbə inteqrasiyası Kremlin forpostundan çıxmaq cəhdləri fiaskoya uğradı. Bu da Qarabağ konfliktinin siyasi həllinə mənfi təsir edir. Ona görə də Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir.
-Məlumdur ki, dövlətin apardığı danışıqlarla yanaşı lobbi fəaliyyətinin də önəmi böyükdür. Diaspor təşkilatlarının bu istiqamətdə fəaliyyəti ilə yanaşı Qarabağ İcması da səylərini gücləndirməlidir. Bu yaxınlarda Qarabağ İcmasının Amerikaya səfərini uğurlu saymaq olarmı?
-Nəhayət ki, Qarabağın azərbaycanlı icması beynəlxalq arenaya çıxdı. İlk görüşlərini ABŞ-dan başlaması uğurlu seçimdir. Çünki, ABŞ-da erməni lobbisi daha güclüdür və burada qəbul edilən qərarlar digər dövlətlərdə də presedent olur.
Qeyd edim ki, Qarabağın azərbaycanlı icmasının Los-Anclesdə Yəhudi dini kəsimi ilə əməkdaşlığı müsbət bir addımdır. Yəhudi lobbisi ilə əməkdaşlıq və onlarla birgə çalışmaq ABŞ-da Qarabağın azərbaycanlı icmasının ermənilər üzərində üstünlük qazancağına gətirə bilər. Qarabağ Azərbaycan İcmasının beynəlxalq fəaliyyəti və görüşləri təqdirəlayiqdi.
Bu proses Avropa və Rusiyanı da əhatə etməli, ermənilərin yalan maşınının qarşısına mütləq çıxmalı idik. Çünki, Qarabağ icmasının siyasi və hüquqi legitimliyinin beynəlxalq müstəvidə tanınması mütləqdir.
Minsk qrupunun həmsədrləri təktərəfli şəkildə Qarabağda referendumun keçirilməsini qaldırır, azərbaycanlı icmanı görməzdən gəlirdi. Ona görə də Azərbaycan icmasının beynəlxalq fəaliyyəti lazım idi.
Bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasında Qarabağın azərbaycanlı icması həlledici faktor olacaq.
- Ermənilərin qondarma soyqırım iddiaları ilə bağlı da maraqlı proses yaşandı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərində qondarma soyqırım iddiaları Senatın gündəliyindən çıxdı...
-Nəzərinizə çatdırım ki, bu addımla ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqrımı qətanaməsini qəbul etməsinə baxmayaraq bu qətnamə gündəlikdən düşdü. Erməni lobbisinin ciddi- cəhdlərinə baxmayaraq bu qətnamə Ankara Vaşinqton arsında müzakirə və probelm predmetinə qalxmadı. Bu, erməni lobbisinə vurulan ciddi zərbə idi. Artıq ermənilər də başa düşdülər ki, bu qondarma erməni qətnaməsi sadəcə Vaşinqton üçün siyasi bir alətdir. Vaşinqton üçün bunun heç də siyasi və tarixi əhəmiyyəti yoxdur. Məhz ermənilər böyük dövlətlərin əlində bir siyasi alət olduqlarını bir daha şahidi oldular.
Onu da qeyd edim ki, Senatın belə bir addım atmasında Türkiyə və Azərbaycanın birgə diplomatik səyləri müəyyən rol oynayıb. ABŞ Konqresinin Nümayəndələr Palatsının qondarma “erməni soyqrımı” ilə bağlı qərarı Türkiyə-ABŞ əlaqələrinə zərbə idi. Təbii ki, bu, Azərbaycanla da münasibətlərə mənfi təsir edirdi. Hesab edirəm ki, Ərdoğanın ABŞ səfərində “soyqırım” məsələsinin arxa plana keçməsi Türkiyə diplomatiyasının qələbəsidir. Bir daha qeyd edirəm, bununla məlum oldu ki, ABŞ erməni məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə edir. Məhz Vaşinqton yaxşı bilir ki, tarixdə belə bir hadisə olmayıb. Bədnam qətnaməni Senatda kənara qoymaqla bunu bir daha sübut etdi. Azərbaycanın da müəyyən diplomatik səyləri nəticəsində qondarma “soyqırım” qətnaməsi ABŞ-da əhəmiyyətsiz sənəd hesab edildi. Məhz Türkiyə-Azərbaycan diplomatik işi erməni lobbisinin bu yöndə fəaliyyətinin qarşısını almış oldu. Bundan sonra Azərbaycan-Türkiyə lobbi qruplarının birgə fəaliyyəti labüddür. Hər iki ölkə bu kimi məsələlərdə koordinasiyalı fəaliyyət göstərməlidir. Azərbaycan və Türkiyə tandemi daim müasir siyasi çağırışlarda birgə fəaliyyət göstərməlidir.

Əli