“Ermənistan münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllində maraqlı olmayacaq” Layihə

“Ermənistan münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllində maraqlı olmayacaq”

Mürtəza Bünyadlı: “O zaman Azərbaycan ordusu problemi həll edəcək”

Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" Ekspert Şurasının üzvü Aleksandr Perenciyev "Vətənpərvər" verilişinin efirində deyib ki, Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: “Birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsi qaldırılmalıdır”.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı "mübahisəli ərazi" terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu əlində tutması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır: “Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın “mübahisəli ərazilərinə” daxil olmamış Azərbaycanın yeddi rayonundan gedir”.
Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu yeddi rayonunun işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb: “Bu yeddi rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”. Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar.
Perenciyevin açıqlaması məntiqli olsa da Ermənistanın daxili vəziyyətində olan qeyri-müəyəynliyin danışıqlar prosesinə təsiri unuduımamalıdır. Paşinyanla “Qarabağ klanı” arasında kəskin ziddiyyət var. Qondarma rejimdə “seçki” keçirilməsi nəzərədu tutlur ki, bu da növbəti gərgin situasiyanın əsasını qoyub.
Tofiq Abbasov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, gələn il mart ayının sonunda qondarma DQR-də “seçki” keçirilməsi gözlnilir. Ekspert əlavə etdi ki, qondarma qurumda “seçki” başa çatdlqdan sonra işğalçı ölkənin siyasi orbitində müəyyənlik vəziyyəti bərqərar ola bilər: “Hazırda Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə hakim kəsilə bilmir. Separatçı rejim həm də İrəvanı hədələyir. Onların arasında son dərəcə dərin uçurum var. Seçkilərə doğru tərəflər üstü qapalı hazırlıqlarını davam etdirirlər. Bu isə ondan xəbər verir ki, martın sonu və ola bilsin apreldə də siyasi dəstələr açıq şəkildə hücuma keçəcəklər. Həmin çəkişmə İrəvanda bərqərar olmuş dumanlı vəziyyəti bir qədər saflaşdıra biləcək. Vahid rəhbərlik olduğu halda qarşı trərəf öz mövqeyini açıqlamalı olacaq. Onda artıq bəlli olacaq - Ermənistanın hakimiyyəti nə istəyir. 2020-ci il həqiqətən həlledici olacaq. Çünki İrəvan daha Bakıdan möhlət ala bilməyəcək...”
Politoloq Elşad Mirbəşiroğlu isə deyib ki, Paşinyanın karyerası ilə bağlı gələcək ümidlər heç də yaxşı deyil: “O, hakimiyyətə gəldiyi ilk vaxtdan əsas diqqətini özünün siyasi karyerasına yönəldib. Təbii ki, Paşinyanı ən çox narahat edən qondarma "Dağlıq Qarabağ”dakı vəziyyətdir”. “Xatırlayırsınızsa, Paşinyan Avropada olanda belə fikir səsləndirmişdi ki, qondarma rejimdə də demokratikləşməni yaymaq lazımdır. Onun söylədiyi fikirlərin sətiraltı ifadəsi ondan ibarət idi ki, qondarma rejimdə də çevriliş baş versin, rəngli inqilab olsun və orada Paşinyana loyal olan qüvvələr hakimiyyətə gəlsin. Həmin o ərəfədə qondarma rejimdə “hakimiyyətə” qarşı kütləvi çıxışlar baş verdi və hətta təhlükəsizlik xidmətinin rəhbəri istefaya getdi. Bütün bunlar ona dəlalət edir ki, Paşinyanın qondarma rejimlə bağlı ciddi narahatlıqları qalmaqdadır. O bütövlükdə məsələyə “Qarabağ klanı” kontekstindən baxır. Yəni, “Qarabağ klanı” Paşinyan üçün ciddi təhlükə olaraq qalmaqdadır. Ona görə də Paşinyan əlindən gələni edərək bu klanın təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Təbii ki, bu istiqamətdə əsas fiqurlar Koçaryan və keçmiş prezident Sarkisyandır”.
E.Mirbəşiroğlu deyib ki, Paşinyanın Sarkisyana qarşı təqiblərə başlayacağı gözlənilən idi: “Vurğulamaq lazımdır ki, onsuz da hakimiyyətə gəldiyi vaxtdan Sarkisyanın yaxınlarına qarşı təqiblər həyata keçirirdi. Ümumiyyətlə, hesab edirəm ki, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda mübarizənin təzahürləridir. Paşinyanın hakimiyyətdə olmasının birinci ili başa çatmaq üzrədir və baxmayaraq ki seçkilərə üç ilə yaxın bir zaman var, o, növbəti seçkidə də qələbə qazanmaq istəyir. Bu baxımdan Paşinyan bütövlükdə diqqətini “Qarabağ klanı” və qondarma rejim üzərində kökləməkdədir. Qondarma rejimə intensiv səfərləri, orada səsləndirdiyi ifadələr də ona dəlalət edir ki, Paşinyan bu istiqamətdə hərtərəfli fəaliyyət göstərir. Bu fəaliyyətin biri ictimai şüura təsir etməkdən ibarətdir. Mübarizəsinin digər istiqaməti isə qondarma rejimlə birbaşa bağlılığı olan siyasi fiqurları tam zərərsizləşdirməkdir. Sarkisyana qarşı təqiblər məhz qeyd etdiyim ikinci istiqamətə aiddir, yəni siyasi rəqiblərini tamamilə sıradan çıxarmaq yönündə atılmış addımlar kimi nəzərdən keçirmək lazımdır”.
Politoloq Məhəmməd Əsədullazadə isə “Xalq Cəbhəsi”nə açıqlamasında diqqətə çatdırdı ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli başıxlar və yanaşmalar ola bilər. Onun sözlərinə görə, ortada hər iki tərəfin razılıq verdiyi sənəd var: “Bu yenilənmiş Madrid Prinsipləri və Kazan formuludur. Əsasasən tərəflərin görüşündə status məsələsi daha çox plomika olaraq qalır. Əsasən erməni tərəfi təklifləri qəbul etmir, qeyri-konusturuktiv yanaşma ortaya qour. Qarabağ münaqişəsinin mərhələli həlli daha mümkündür. Gələn il bunun reallaşması mümükün deyil. Bəli, Ermənistan 7 rayonu boşaltmalı və Qarabağa aralıq status verilməlidir. Göründüyü kimi işğalçı tərəf buna da getmir. Hesab edirəm ki, konkret olaraq artıq biz bu məslənin üzrəində daynamamalııq ki, ermənilər 7 rayonu rəsmən işğal edib. Bu işğal faktoru ortadadır və İrəvan məhz bunu danışıqlarda bazarlıq etmək üçün əlində saxlayib. Onların təklilfləri absurddur və bütövlükdə region üçün təhlükəli presendentdir. Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbacan yetərincə addımlar atır. Əgər, ermənilər buna gedərsə istənilən vaxt münaqişə həll edilə bilər”.

Siyasi şərhçi Mütəza Bünyadlı isə diqqətə çatdırdı ki, Ermənistanın destruktiv fəaliyyəti nəticəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin patronajlığı ilə həyata keçirilən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi artıq iflasa uğrayıb. Onun fikrincə, bunu Azərbaycan və Ermənistan XİN başçılaırnıın sonuncu görüşləri sübut edir: “2019-cu ildə hər iki ölkənin XİN başçıları beş dəfə görüşsə də münaqişənin həlli istiqamətində nəinki ciddi addım atılmayıb, heç danışıqlar masasında olan müdəalar üzərində müzakirələr aparmaq mümkün olmayıb. Ermənistan tərəfi ümumiyyətlə münaqişənin substantiv həlli istiqamətində məsələnin gündəlikdə müzakirəsindən boyun qaçıraraq, tamamilə fərqli təkliflər verməklə, əslində danışıqlardan qaçıb. İrəvanın danışıqlar prosesinin iflasa uğradığını Elmar Məmmədyarov da dekabrın 6-da ATƏT Nazirlər Şurasının toplantısında açıqca etiraf edib. Məmmədyarov bəyan edib ki, Ermənistan rəhbərliyi son bir ildə durmadan danışıqlar prosesinin pozulmasına yönələn təhrikedici bəyanatlar səsləndirib: “Təəssüf ki, Milanda baş tutan görüşdən keçən bir il ərzində Ermənistan_Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi əldə olunması haqda danışa bilmirəm. Cəbhə xəttində bu gün nisbətən sakitlikdir, amma yenə də danışıqlarda irəliləyiş yoxdur. Baxmayaraq ki, həmsədrlər də status-kvonun qəbuledilməzliyini bildirirlər. Ermənistan hətta Qarabağda saxlanılan Azərbaycan vətəndaşlarını “hamını hamıya” prinsipi ilə dəyişməkdən də imtina edib”.
M.Bünyadlı əlavə edib ki, əgər Ermənistan girovların dəyişdirilməsini, icmaların qarşılıqlı görüşünü müxtəlif təxribatçı hərəktələrlə pozurlar: “İrəvan danışıqlar prosesini manipuliyasiya edərək öz daxili və xarici siyasətləri üçün istifadə edirlər. Bu bir daha sübut edir ki, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllində maraqlı olmayacaq. Konkret olaraq Paşinyan hakimiyyətinə gəlincə, onun ümumiyyətlə Qarabağ münaqişəsini həll etmək üçün siyasi iradəsi yoxdur və də bu iqtidarda deyil. Acı təəssüf hissi doğuracaq məqam isə ondan ibarətdir ki, bütün bu proseslər həmsədrlərin gözü qarşısında baş verir. Münaqişənin həllində vasitəçi rolunu oynayan Minsk Qrupu Ermənistanın bütün beynəlxalq hüquqa zidd hərəkətlərinə göz yumaraq, laqeyd münasibət bəsləyir. Əgər bu belə olmasaydı, ATƏT beynəlxalq hüququn prinsiplərini əsas götürərək İrəvana sərt təpki göstərib onu Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe sərgiləməsinə vadar edərdi. Həmsdər ölkələrinin isə Ermənistanı işğalçılıq mövqeyindən geri oturtmaq üçün yetərincə imkanı var. Həmsədrlərin istəyi olarsa, qısa zaman kəsiyində Ermənistanın işğlaçılıq siyasətinə son verə bilərlər. Ermənistan işğalçı qoşunlarını bir nçə həftə ərzində işğal olunmuş Azərbaycan torpaqlaırndan çıxarar. Bunun üçün onların əlində yetərincə təsir və təzyiq mexanizmləri mövcuddur”.
O əlavə etdi ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olan qüvvə həmsədr ölkələrdir: “Lakin həmsədrlər onu da yaxşı anlayır ki, status-kvonun bu cür davam etməsi bölgədə yeni böhrana səbəb ola bilər. Ona görə də həmsərdlər yaranmış durumdan nəticə çıxarıb, bölgədə eskalasiya yaranmadan Ermənistana təzyiq edib, Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmağa vadar etsə daha yaxşı olar. Əgər həmsdər ölkələr Cənubi Qafqazdakı maraqlaırnı uzlaşdırıb İrəvanı konstruktiv mövqeyə sövq edə bilsələr və o zaman Aleksandr Perençiyevin dediyi kimi ən azında yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq mərhələli həllin birinci hissəsində nəzərdə tutulduğu kimi işğal altında olan Dağlı Qarabağın ətrafında olan rayonlar azad oluna bilər. Əgər bu olmayacaqsa, o zaman Azərbaycan ordusu problemi həll edəcək”.

Əli