Paşinyan Münhendə bir daha rəzil oldu Layihə

Paşinyan Münhendə bir daha rəzil oldu

Azərbaycan prezidentinin məntiqli arqumentləri qarşısıznda aciz qaldı

Nəhayət, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Razılıq vermələrinə də peşman oldular.
Azərbacyan prezidenti İlham Əliyev içğalçı Ermənistanın baş naziri Paşinyanı məntiqi arqumentləri ilə susdurdu. Paşinyan “həqiqətlər”inin içində boğulurdu, aciz durumda qaldı. Paşinyan sözün əsl mənasında ifşa olundu. Prezidentlərin münhen debatı dünyanın diqqt mərkəzində oldu. Paşinyanın biabırçılıqla üzləşməsi müxtəlif ekspertlər tərəfindən müxtəlif aspektlərdən izah edildi.
Bu dəfə yazımızı Münhen görüşü ilə bağlı sosial şəbəkələrdə ictimailəşdirilən fikirlər üzərində qurduq.
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli yazır ki, Münhendəe kecirilən debat bir daha sübut etdi ki, Paşinyan Prezident İlham Əliyevlə siyasi və ya tarixi mübahisə edə biləcək siyasətçi deyil. Təsəvvür edin ki, İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlaını işqal etməsinin BMT qətnamələri ilə təsbit edildiyini bildirir, tarixi faktlarla İrəvanın Azərbaycan torpaqları olduğunu sübuta yetirir. Ermənistanın idiot bas naziri nə deyir? Deyir ki, eramızdan əvvel neçənci ildəsə 2-ci Tiqranın döüvündə Qafqazda Azərbaycan olmayıb. Bəyəm 2-ci Tiqran özü Qafqazda olub ki?) Bütün qədim mənbələrdə Tiqranın gah Parfiyanın, gah da Romanın işğlı altında olan "dövlətçiliyinin" müasır Qafqazda olmadığı yazılır. Üstəlik Tiqranın dövlətinin müasır ermənilərlə heç bir əlaqəsi olmadığı da sübut olunmuş faktdır. Qısası, Paşinyanın bu həyasız iddiaları Avropada da ermənilərin faşizan bir toplum olduqlarını bir daha sübuta yetirmiş oldu.
Jurnalist Nəzərbəy Hacıağayev isə yazır: “Mən fəxr edirəm ki, azərbaycanlıyam ! Mən fəxr edirəm ki, mənim Prezidentim İlham Əliyevdir! Bu gün cənab Prezident İlham Əliyevin bütün dünyanın gözü önündə Ermənistanın baş naziri Paşinyanı rəzil etməsindən sonra siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı bu sözləri deməlidir. Erməni xalqı, erməni dövləti isə Paşinyanın siması ilə layiq olduqları rüsvayçılığa məruz qaldı. Görüşdən sonra isə hər iki dövlət başçısının üz ifadələrinə baxın. Cənab Prezident məğrur şəkildə dayandığı halda, Paşinyan rüsvay olmuş insan simasını alıb. Bilirik ki, bu üz ifadəsinin səbəbi həm dünyaya özünü və xalqını rəzil etməsi və bundan sonra Ermənistana necə qayıtmaq düşüncəsidir”.
Türkiyənin “Haber Global” televiziyası Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr haqqında “Əliyevdən Paşinyana tarixi şillə” adlı süjet təqdim edib. Süjetdə ilk dəfə Azərbaycan və Ermənistan liderlərinin mətbuat qarşısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikləri bildirilir. Süjetdə İlham Əliyevin arqumentlərə əsaslanan təmkinli çıxışına diqqət çəkilir. Həmçinin, kəkələyə-kəkələyə bir nitqlə tarixi təkzib edən Paşinyanın anlaşılmayan fikirlərinin başdan ayağa yalan olduğu bildirilir.
Erməni mətbuatı da Paşinyanın aciz durumundan bəhs edib. Mətbuat Paşinyanı göyərçinə bənzədib.
Ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib. “İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin biz olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü və bu nazirin hökumət rəhbərimizə, həm də dövlətimizə hörmət etmədiyinin göstəricisi idi. Əslində özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır. İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın :Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi. Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox... Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir. Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münhendə”-deyə məqalədə deyilir. Sonda Paşinyanın baş nazir statsuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub. “Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.
QHT Şurasının mətbaut katibi Elməddin Behbud isə qeyd edib ki, Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra bölgəmizə köçürülən ermənilər barədə yaşlı nəsildən eşitdiyimiz, şəxsən şahidi olduğumuz həyasızlıq və üzəduranlıq obrazını Paşinyan Münhendə yenidən yaratdı. Prezident İlham Əliyevlə görüşdə Paşinyanın ermənilərə məxsus əxlaqsızlıqla və xüsusi həyasızlıq şövqü ilə tarixi faktları təhrif etməsi bunların ağalarından başqa yalnız bir sığınacağının olduğunu təsdiqlədi: Ağ yalan!
İctimai fəal Amil Tağıyev də fikirlərini ictimailəşdirib. O bildirib ki, Münhendə ermənilər rəzil oldular, onlar dünyanın gözü qarşısında özlərini biabır etdilər: “Sözün düzü, ilk dəfə idi ki, belə həzz alırdım. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həm tarixi arqumentləri, həm də beynəlxalq hüquq baxımından Ermənistanın baş digası Paşinyana diz çökdürdü. Paşinyan məcbur edildi ki, o, bir tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsin, ikincisi, özünün savadsızlığını və səriştəsizliyini nümayiş etdirsin. Üçüncü, məqamı xüsusilə vurğulamaq istərdim. Paşinyan sadəcə küçə gədası kimi ağzına gələni danışırdı. Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı, Paşinyan isə bir siyasətçi və elə bir sivil insan kimi də bitdiyini rəsmən bəyan etdi. İlham Əliyev Azərbaycanın dövlət başçısı onun dərsini çox əla şəkildə verdi və tək ermənilərə yox, bütün dünyaya açıq mesaj verdi ki, ermənilər ikinci dəfə dövlət qurmaq üçün başqa yer tapsınlar, Azərbaycanda yox. Bu söz Paşinyana vurulan ağır sillə və xəbərdarlıq idi ki, Azərbaycan mövcud vəziyyətlə barışmaq və artıq buna dözmək niyyətində deyil. İnşallah 2020-ci il Azərbaycan xalqının Qarabağımızı aldığı, millətimizin öz tarixi ata-baba yurdlarına qovuşduğu, bizim zəfər ilimiz olacaq. Mən buna əminəm”.
QAT sədri Akif Nağının fikrincə, Münhen Təhlükəsiszlik Konfarnsı çərçivəsində Azərbaycan prezidentinin erməni baş naziri ilə debatı bizimkilərin qələbəsi baxımından yaxşı oldu. Güləşçilərimizin də ermənlərə hər dəfə qalib gəlməsinə sevinirik: “Amma bunlar Qarabağaın azadlığına heç nə vermir. Prezident İlham Əliyev bütün sahələrdə erməni gədəsini üstələdi , bir daha aydın oldu ki , həqiqət bizim tərəfimizdədi. Bir daha göründü ki, biz səviyyəsiz, yalançı, mağara düşüncəsi ilə yaşayan eybəcər bir toplumla üz-üzəyik, onlar küçə gədəsi Paşinyandan üstün bir rəhbərə layiq deyillər. Bunlar hamısı aydındı , amma artıq nəticə çıxarmalıyıq, bunlarla danışmağın , üz-üzə oturmağın, onlara nəisə sübut etməyin heç bir mənası yoxdur. Azərbaycan hakimiyyəti nəticə çıxarıb, müharibəni başlamalıdır. Savadımızla öyünməyin vaxti deyil, hərb meydanındakı qələbəmizlə öyünməliyik. İstənilən formatda olan danışıqlara yox , müharibəyə hə deyirik. Ermənistana zərbə, Azərbaycana qələbə!”
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Münhen Təhlükəsilzik Konfransında Ermənistan Baş naziri Nikol Paşinyan kövrək danışıqlar mərhələsində növbəti dəfə Qarabağla bağlı qeyri-konstruktiv yanaşma ortaya qoydu. O, münaqişənin birtərəfli həll edilməyəcəyini, təhlükəsizlik məsələsini və işğal faktorunu etiraf etsə də, dolayı yolla münaqişənin həllindən çəkindiyini etiraf etmiş oldu.
Bundan əlavə o, “Qarabağ Ermənistanındır. Nöqtə” mənqtiqsiz tezisinə aydınlıq gətirməsi, Cenevrədə əldə olunan danışıqları pozmaq cəhdidir. Həmçinin "Yenilənmiş Madrid Prinsiplərinə" işğalçı ölkənin maraqlı olmadığını göstərir.
M.Əsədullazadə qeyd edib ki, Ermənistan rəhbərliyi daxili faktordan çəkinərək öz hakimiyyətini itirməkdən qorxur:“Həmçinin danışıqlarda manipulyasiya etməklə regionda işğal faktorunu davam etdirir. Belə bir ortamda münaqişənin nizamlanması istiqamətində Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışqlar apreldən sonra nəticəsiz qalacaq. Paşinyanın bu açıqlamasından sonra Prezident İlham Əliyevlə Münhendə bir araya gəlməsi nəticəsiz bir gedişdir.
Ümumiyyətlə, Münhen Təhlükəsilzik Konfransı dünyada artan münaqişlər və təhlükəsizlik riskləri fonunda keçirilir. Qaynar nöqtələrdən olan Cənubi Qafqaz regionunda işğal, separatizm həyata keçirən Ermənistan kimi bir ölkənin iştirakı mənqtiqsizdir. Ona görə də Azərbaycan bu konfransda Ermənistanın izolyasiyasına çalışmalıdır. Qeyd edim ki, Rusiyanın xarici işlər naziri Qarabağ konfliktinin nizamlanması istiqamətində Rusiyanın prioritetlərini elan etsə də, burada Moskvanın səmimi olmadığını, öz regional konteksində münaqişəyə yanaşdığını göstərir. Münhendə Paşinyanın açıqlamaları daxili auditoriyaya hesablandığı kimi qiymətləndirmək olmaz. O, birbaşa açıq kontekslə probelmin həllində gücsüz və maraqlı olmadığını açıq ortaya qoyur”.
Cavid