“Ermənistanın Azərbaycanla münasibətlərində gərginlik durmadan artır” Layihə

“Ermənistanın Azərbaycanla münasibətlərində gərginlik durmadan artır”

Qabil Hüseynli: “Gərginliyin nəticəsi də ondan ibarətdir ki, Qarabağla bağlı danışıqlar prosesi donmuş vəziyyətdə qalır”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Freedom House” təşkilatının hesabatında Azərbaycanın işğal olunmuş əraziləri haqqında deyilənlərə dair şərh hazırlayıb. Şərhdə bildirilir ki, dünyada insan hüquqlarının və demokratiyanın təntənəsinə xidmət etdiyini iddia edən bir qurumun ölkəmizin təcavüzə məruz qalmış torpaqları haqqında səsləndirdiyi bu fikirlər beynəlxalq hüquq və insan haqlarına zidd olmaqla yanaşı, təcavüzkar dövlət tərəfindən işğalın legitimləşdirilməsi cəhdlərinə dəstək verməkdir.
Bildirilir ki, hesabatda Ermənistanda baş nazir Nikol Paşinyan tərəfindən həyata keçirilən və geniş tənqidlərə səbəb olan siyasi proseslər gözardı edilərək, ümumilikdə N.Paşinyanın siyasəti ölkəsi üçün “müsbət işarə” kimi qiymətləndirilib:
“Lakin bu səhv hesabat müəlliflərinin Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə nəticəsində 30 il əvvəl öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşlarının fundamental hüquqlarına qarşı göstərdikləri etinasızlıqla müqayisədə daha az əhəmiyyət kəsb edir.
Hesabat müəllifləri iddia edirlər ki, N.Paşinyanın siyasi kursu son bir il ərzində Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrini kobud şəkildə pozaraq qanunsuz şəkildə işğal etdiyi və tamamilə nəzarətdə saxladığı Dağlıq Qarabağa “müsbət təsir” edib:
“Bu qiymətləndirməni edən “Freedom House” ekspertləri nəzərə almayıblar ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı apardığı siyasəti “müsbət” qiymətləndirilən Nikol Paşinyanın hakimiyyəti müddətində Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı münaqişənin həlli istiqamətində İrəvan tərəfindən heç bir müsbət addım atılmayıb. Tamamilə əksinə olaraq onun güclənən ksenafobik və təcavüzkar ritorikası və danışıqlarda qeyri-konstruktiv mövqeyi regionda vəziyyəti daha da ağırlaşdırıb və münaqişənin həlli prosesini daha da çətinləşdirib. N.Paşinyanın əksər siyasi əməlləri və bəyanatları, xüsusilə də “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” ifadəsi və onun Ermənistanın iddialarını əsaslandırmaq üçün Tiqranın dövründə mövcud olmuş “Böyük Ermənistan” ideyasına istinad etməsi ümumilikdə İrəvanın islaholunmaz şovinizmini və irredendist iddialarını bir daha nümayiş etdirir.
Bu reallığı görməzdən gələn hesabat müəllifləri Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda nəzarəti saxlamaq üçün İrəvanın yaratdığı qondarma “respublika”da 2019-cu ilin sentyabrında keçirilmiş yerli “seçkiləri” müsbət qiymətləndirir və hətta icraedici və qanunverici orqanlarda keçiriləcək seçkilərdə “növbəti dəyişikliklər” gözlədiklərini bildirirlər.
Bu yanaşma nəinki Azərbaycanın ərazi bütövlüyünə və bunu tanıyan beynəlxalq sənədlərə, həmçinin, öz doğma torpaqlarında yaşamaq haqqı davamlı olaraq pozulan Dağlıq Qarabağdan olan 80 minə yaxın məcburi köçkünə hörmətsizliyin təzahürüdür. Müəlliflər unudur ki, bu insanlar öz torplaqlarından qanlı etnik təmizləmə yolu ilə didərgin salınıblar. 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi və getdikcə daha çox ölkə tərəfindən soyqırımı kimi tanınan Xocalıda baş verən kütləvi qırğın bu prosesdə baş vermiş faciəvi epizodlardan yalnız biridir.
“Freedom House”nin Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qiymətləndirməsi tarixdə insan haqlarının yalnız hansısa irqin və ya etnik qrupun üzləri üçün nəzərdə tutulduğu qaranlıq dövrləri xatırladır. Bu baxımdan hesabatda nəzərə alınmır ki, bölgənin azərbaycanlı sakinlərinin yaşamaq və digər haqları bərpa edilmədiyi müddətdə orda hansısa demokratiyadan və ya insan hüquqlarının inkişafından danışmaq beynəlxalq norma və prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, azərbaycanlı əhalinin hüquqları bərpa edilməyincə Azərbaycanın işğal olunmuş ərazilərində heç bir “demokratiya reytinqi”ndən söhbət gedə bilməz”.
Qeyd edək ki, “Freedom House” tərəfindən 2020-ci ilin mart ayında yayımlanan Dünya üzrə Azadlıq Hesabatında son bir ildə dünyada baş verən bir çox proseslər, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı qiymətləndirmə aparılıb və şərh verilib. Hesabatda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı da müəyyən fikirlər söylənilib.
Göründüyü kimi Azərbaycana qarşı ikili standartlar davam etdirilsə də bu, Ermənistanın uğur qazanmasına gətirib çıxarmır. Əksinə işğalçı ölkə bütün sahələrdə, eyni zamanda, diplomatiyada da Azərbaycana uduzur.
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan diplomatiyasının son dövrlərdə, xüsusən Prezident İlham Əliyevin son dövrlərdəki fəaliyyəti erməniləri ciddi surətdə qıcıqlandırır: “Münhen Təhlükəsizlik Forumunda cənab Prezidentin əzici üstünlüklə Paşinyanı rüsvay etməsi, daha sonra isə Prezidentin bir sıra ölkələrdə səfəri zamanı orada diplomatik uğurlara imza atması erməniləri qisas hissi ilə yandırıb yaxır”. O, söyləyib ki, Türkiyənin hazırki siyasəti də ermənilərə təsir edən əlavə faktorlardan biridir: “Bəşəriyyət üçün başa bəla olan bu xalq özünün əsassız, heç bir ölçüyə sığmayan kin və kidurətini tökməyə yer axtarır. Uzun illərdir ki, bu kini Azərbaycan xalqının üzərinə tökürlər”.
Politoloq bildirib ki, Paşinyan metroda təbliğat kompaniyasında iştirak edib və təbliğat kompaniyası çərçivəsində broşurlar paylayıb: “Metroda bir qadın onun payladığı təbliğat broşurunu cıraraq onun başına vurub. Bu da Paşinyanın erməni cəmiyyətindəki olmayan nüfuzundan xəbər verir və bu cür səviyyəsiz, küçədən gəlmiş bir adam Ermənistanda etirazları qızışdıran rolda çıxış edir. Bu baxımdan da Ermənistanın Azərbaycanla münasibətlərində gərginlik durmadan artır. Bu gərginliyin nəticəsi də ondan ibarətdir ki, Qarabağla bağlı danışıqlar prosesi donmuş vəziyyətdə qalır. Digər tərəfdən də ermənilər bizi sözün həqiqi mənasında provakasiyaya çəkmək istəyirlər. Bunlar bu cür hücumları Dağlıq Qarabağ ərazisində deyil, Ermənistanla təmas xəttində təşkil etməklə Azərbaycanın guya Ermənistan səhəddini pozması kimi imic yaratmağa çalışırlar”.
Q.Hüseynli vurğulayıb ki, bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının sədri Vladimir Radyuhin Belarusiyada olub. O, ermənilərin təkidi ilə Yerəvana gəlib və bir sıra məsələləri, o cümlədən Azərbaycanla sərhəddəki insident məsələlərini onlarla müzakirə edib. Hər şeyi baş-ayaq təqdim ediblər. Hər şeydə Azərbaycanı təqsirləndirirlər. Bu da məntiqdən uzaq, heç bir əsası olmayan böhtançılığı, hər cür normanı aşıb keçir. Ermənistan bizi sərhəd münaqişəsinə cəlb etməklə, bizi orada hərbi əməliyyatlara cəlb etmək istəyir. Təbii ki, Azərbaycan aparılan bu hiyləgər siyasəti görür, ona görə də Azərbaycan bu hərbi əməliyyatlara getmir. Əlbəttə ki, onlar Azərbaycan sərhədlərini keçməyə cəhd etsələr lazımı şəkildə susdurulacaqlar. Amma biz Rusiyanın yaratdığı Putin NATO-sunun üzvləri ilə qarşı-qarşıya gəlmək fikrində deyilik. Ona görə də bu məsələlərdə kifayət qədər ehtiyatlıyıq”.
Təbii ki, müxtəlif r ölkələr və beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycana qarşı ikili standrat mövqedən çıxış ediblər. Amma ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin işöalçı ilə bağlı konkret qərar qəbuy etməməsi, əksinə işğalçı ilə işğala məruz qalanı eyni tərəziyə qoyması, bəzi hallarda isə təcavüzkara dəstək verməsi həmsədrlik institunun obyektivliyinıə kğlgə salır və müxtəlif müzakirələrə yol açır. Buna görə də Türkiyənin də həmaədrlikdə təmsil olunması arzu edilir.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov bildirib ki, Türkiyəyə sadəcə qardaş ölkə prizmasından yanaşmamaq lazımdır: “Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mənəvi ortaqlıq bütün tarix boyu digər dövlətlərə örnək olub. Bu gün isə xüsusən ölkə başçısı İlham Əliyevlə Ərdoğan arasındakı dostluq münasibətləri ilə bu əlaqələr tarixdə ən yüksək səviyyəsinə çatıb. Mən hər zaman demişəm, Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən, beynəlxalq ədalətin bərqərar olmasının zəruriliyini dövlət siyasəti elan edən Türkiyəyə yalnızca qardaş ölkə prizmasından yanaşmamalıyıq. Türkiyə bu gün regionda əsas söz sahibinə çevrilib. AKP iqtidarının uğurlu siyasəti ilə Türkiyə regionda və dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Türkiyəsiz bizim bölgədə heç bir siyasi və iqtisadi layihə gerçəkləşə bilmir. Türkiyə güclü qlobal aktordur və dünyanın qlobal gücləri də bunun fərqindədir. Bu kontekstdə Azərbaycanın haqq mübarizəsində dünyada söz sahibi olan önəmli bir ölkənin bizimlə tərəfdaş olmağı siyasi dividentimizdir. Azərbaycanla Türkiyə arasında təkcə iqtisadi və siyasi deyil, hərbi sahədə də böyük sazişlər imzalanıb. Türkiyə Azərbaycana hərbi texnika sahəsində yardım edir, ordularımız arasında müqavilələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri dünyanın enerji və nəaqliyyat təhlükəsizliyinə önəmli töhfələr verir. 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğindədir, Azərbaycanın Türkiyədəki sərmayəsi də yüksək həcmdədir. Belə olan təqdirdə iki ölkə arasındakı yüksək strateji əlaqəlöər regiondakı digər siyasi güclərin hamısının xoşuna gəlməyə bilir ki, Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır.”
Türkiyəni Aİ ilə daim sınağa çəkməyə çalışan Qərb təsisatlarının haqsız yanaşmaların Türkiyəni alternativ siyasi vasitələr axtarmağa təhrik etdiyini vurğulayan politoloq qeyd edib: “ Avropa İttifaqı uzun illər Türkiyənin Aİ-yə üzvlüyü məsələsində manipulyasiya etməyə cəhdlər etdi. Bu gün Türkiyənin siyasi imkanları genişlənib, geostrateji mövqeyi dünya üçün diqqət mərkəzindədir. Türkiyənin ATƏT-in Minsk qrupunun tərkibinə qatılmağı mütləqdir. Çünki Türkiyə münaqişə tərəfləri ilə həmsərhəddir, Fransa, Rusiya və ABŞ kimi Türkiyənin də Minsk qrupunda təmsil olunmaq haqqı var. bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu “bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri və Qərbə səpələnən erməni diasporası narahat olduqlarını biabırçı formada nümayiş etdirməyə başladılar. Türkiyə bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görülmüş işlərə dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Türkiyənin qrupun həmsədri olmaq ehtimalı realdır. Türkiyənin Minsk qrupunun həmsədri olmağı ilə hazırkı durum “ölü situasiya”dan aktiv fazaya keçə bilər. Nəticədə, uzun müddətdir davam edən münqişə işğalşı Ermənistanın siyasi təcridi və ədalətin bərpa olunmağı ilə nəticələnə bilər. Türkiyənin Minsk qrupundakı həmsədrliyi münaqişənin həlli istiqamətində dəyişikliklər gətirəcək, buna görə də Ermənistan təlaşda və qorxu içərisindədir.”

Əli