İrəvan şəhərinin kameral təsviri - 1831-ci il - 1-ci yazı  Layihə

İrəvan şəhərinin kameral təsviri - 1831-ci il - 1-ci yazı 

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədli araşdırmasındakı kameral təsvirlərdə vurğulanır ki, İrəvan şəhərinin yerləşdiyi yer belədir: “Əcəmi dilində “Rəvan”, ermənicə “Erevan” adlanan və İranla bağlanmış Türkmənçay sülh traktatı ilə Rusiya dövlətinə birləşdirilən bu şəhər 40 və 41-ci dərəcələr arasında şimal en, 62 və 63-cü dərəcələr arasında uzunluq dairəsində yerləşməklə, Araz çayından şimala 5 saatlıq, Eçmiədzin monastırından şərqə doğru 3 saatlıq məsafədə olmaqla, Gümrüdən keçən qış yolu ilə Tiflisdən 321 verst, Abarandan keçən yay yolu ilə 271 verst məsafədə yerləşir. Yerləşdiyi yer belədir: təpəlik ərazilər baş Pəmbək dağ silsiləsindən cənuba doğru tədricən aşağı enir. Qırxbulaq çayının Zəngi çayına töküldüyü yerdən bir qədər yuxarıda təpələr qurtarır, lakin şərq və qərb tərəfdən Araza doğru iki qanad enir, Araz düzənliyində tədricən itib gedir və amfiteatr əmələ gətirir. İrəvan şəhəri şimal tərəfi sərt və həddindən artıq daşlıq olan bu ərazidə yerləşir”.
Sərhədləri: “İrəvan şəhəri qərbdə məhsulsuz Yeğvard çölü ilə həmsərhəddir. Şimalda böyük Eçmiədzin yoluna qədər xatırlatdığımız sərt və daşlı çıxıntı ilə (onun yuxarısından Qırxbulaq mahalı başlayır), şərqdə Çölməkçi kəndinin bağları və ondan cənuba doğru uzanan dağların daşlı qanadı, nəhayət, cənubda Zəngibasar mahalı ilə həmsərhəddir”.
Tutduğu ərazi: “Bu şəhər öz böyük bağları ilə kifayət qədər geniş əraziləri tutur və həmin ərazini gözlə təyin etmək olur. Zəngibasar körpüsündən Dəmirbulaq ətrafındakı ərazilər, Abbasdərə, Köşəkli, Abihəyat, Dərəbağ, Qızılqala məhəllələri, kəndlərdən Zənginin sağ tərəfi ilə Dəlmə və Noraguğ ətrafları və geriyə 20 verstdən az deyil. Bu ərazilərin 9/10 hissəsini bağlar tutur”.
“İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir:
1. Şəhər hissəsi
2. Təpəbaşı hissəsi
3. Dəmirbulaq hissəsi
Ən böyük olan Şəhər hissəsi İrəvanın şimal-şərq ərazisini əhatə edir; Təpəbaşı hissəsi qərb, Dəmirbulaq hissəsi isə cənub-şərq hissəsini tutur.
Bu hissələrə öz xüsusi adı olan aşağıdakı əlavə məhəllələr də daxildir:
Şəhər hissəsinə aid olanlar:
1) Çölməkçi kəndindən aşağıda yerləşən Abbasdərə məhəlləsi;
2) Kənəkir yolundan sağ tərəfdə yerləşən Köşəkli məhəlləsi;
Təpəbaşı hissəsinə aid olanlar:
1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi;
2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi;
3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi;
4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi;
5) Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi;
6) Noraguğ məhəlləsi;
Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır.
Dəmirbulaq hissəsinə aid olanlar:
1) Dəmirbulaq hissəsinin cənub tərəfində, çox mənzərəli kurqan şəklində olan Xosrovabad məhəlləsi;
2) Qala ilə Xosrovabad məhəllələrinin arasındakı boş sahəni tutan Zəvzikar məhəlləsi”.
İrəvan şəhərinin iqlimi çox qeyri-sağlam olduğuna görə burada müxtəlif səbəblərdən çoxlu ölüm halları baş verir. Burada azacıq soyuq da ölüm gətirir, çünki təcrübə göstərir ki, yerli sakinlər kimi qalın və düyməli arxalıq geyməklə sağlamlığı qorumaq olar. İsti paltar almaq üçün az imkanı olan aşağı rütbəli şəxslər soyuqlamadan və özünü ərzaq və sudan gözləməyənlər ölürlər. Həm də təcrübə göstərir ki, istilər xəstəliklərin yaranmasına gözlənildiyindən az səbəb olur. Yerli adamların ilin bütün fəsillərində çuxa geyməsi də bunu sübut edir. Bataqlıqlardan yayılan üfunətli buxarlar da xəstəliklərin yayılmasına səbəb olur”.
Şəhərin xarici görünüşü: “İrəvanda bütün Asiya şəhərlərində olduğu kimi küçələr dar və əyri-üyrüdür. Bu küçələr iki cərgə alçaq, yaraşıqsız və çiy kərpiclə hörülmüş divarlardan əmələ gəlib, çox hissəsi isə çay daşı və kobud palçıqla hörülmüş həyət divarlarının arasında qalan hissədir. Bu yaraşıqsız divarlarda arabir möhkəm bağlanmış alçaq qapılara rast gəlinir. Əsas küçələrin ortası ilə su axır və küçənin hər iki tərəfindəki evlərin sahibləri köndələninə qoyulmuş borularla bu suyu öz həyətlərinə döndərərək bağ-bostanlarını suvarırlar. Bu su yolları yuyub aparır, yay vaxtı çuxur və palçıqlı yerlər əmələ gəlir, qış vaxtı isə küçələrdə donaraq onları çox vaxt keçilməz edir.
Həyətlərin içi daha xoşagələndir. İmkanlı adamlar evlərinə girəndə böyük bağın içindən keçirlər. Bağla evin arasına isə səliqə-sahmanla daş döşənib, böyük tut və qoz ağaclarının kölgə saldığı həyətin ortasında daş hovuz var. Bu evlərin içərisi həyət tərəfə açılan pəncərələrlə işıqlandırılır. Bütün divarı tutan bu pəncərələr müxtəlif rəngli şüşələrdən yığılır. Onlar müxtəlif və gözəl şəbəkə əmələ gətirir. Bu cür otaqlar yay vaxtı gözəl olur, qışda isə orada adam yaşamır. Buraya onu da əlavə etmək lazımdır ki, ev o birilərdən nə qədər aralı və küçənin bağlı sonunda olsa o qədər bahalı hesab olunur. İmkanlı ailələrin daxili otaqları çox səliqə-sahmanlıdır. Divarlar ağ və əla suvaqla suvanıb. Demək lazımdır ki, suvaqçılar bu işdə çox bacarıqlıdır və paytaxtımızdakı sarayların ən dəbdəbəli otaqlarını bəzəyə bilərlər. Hər bir otaqda olduqca gözəl buxarı olsa da, istifadə etmirlər, çünki sakinlər əsasən manqalla qızınırlar.
Buralarda mebel məlum deyil, yer zəngin və böyük xalılarla döşənib. Divarlarda iki mərtəbəli taxçalar var - aşağı mərtəbədə sandıq və mücrü, yuxarı mərtəbədə isə gülab suyu doldurulmuş şüşə qab qoyurlar. Nadir hallarda arağa və çaxıra da təsadüf edilir. Bəzən oraya kitab, bəzi evlərdə qab-qacaq, meyvə, bəzən hansısa rəsm əsəri qoyurlar. İçərisindən fərqli olaraq evlərin xarici görünüşü xoş təsir bağışlamır, yəqin bunu ona görə edirlər ki, başqaları onu varlı hesab etməsin. Hazırkı mənzillərin təsviri sakinlərin öz evlərinin içərisinə də çölü qədər laqeyd olduğunu göstərir. Mənzil mükəlləfiyyəti təhlükə doğurur, sakinlər bilirlər ki, əgər evi yaxşı bəzədilsə, post üçün evini əlindən ala bilərlər. Lakin İrəvan evlərinin qəmgin görünüşü gözəl bağları ilə bir qədər yaraşığa minir. Burada təbiət öz gözəlliklərini tam nümayiş etdirir”.
Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir:
Azərbaycanlılar: “Şəhər hissəsi - 802 ailə, 1.627 kişi, 1.527 qadın, cəmi 3.199 nəfər; Təpəbaşı hissəsi - 594 ailə, 1.333 kişi, 1.264 qadın, cəmi 2.537 nəfər; Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. Cəmi 1.807 ailə, 3.749 kişi, 3.582 qadın, 7.331 nəfər.
Yerli ermənilər: Şəhər hissəsi - 244 ailə, 530 kişi, 468 qadın, cəmi 998 nəfər. Təpəbaşı hissəsi - 277 ailə, 589 kişi, 587 qadın, cəmi 1.176 nəfər. Cəmi 521 ailə, 1.119 kişi, 1.055 qadın, 2.174 nəfər.
Boşalar: Təpəbaşı hissəsi - 46 ailə, 101 kişi, 94 qadın, cəmi 195 nəfər.
İrandan köçürülən ermənilər: şəhər hissəsi - 231 ailə, 598 kişi, 513 qadın, cəmi 1.111 nəfər;
Təpəbaşı hissəsi - 87 ailə, 187 kişi, 187 qadın, cəmi 374 nəfər; Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Cəmi 366 ailə, 903 kişi, 812 qadın, 1.715 nəfər;
Türkiyədən köçürülən ermənilər: Şəhər hissəsi - 8 ailə, 14 kişi, 16 qadın, cəmi 30 nəfər;
Təpəbaşı hissəsi - 3 ailə, 11 kişi, 7 qadın, cəmi 18 nəfər. Cəmi 11 ailə, 25 kişi, 23 qadın, 48 nəfər.
Şəhər hissəsindəki bütün əhali - 1.285 ailə, 2.769 kişi, 2.569 qadın, cəmi 5.398 nəfər. Təpəbaşı hissəsindəki bütün əhali - 1.007 ailə, 2.221 kişi, 2.079 qadın, cəmi 4.300 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər;
Bütün İrəvan şəhəri üzrə əhali: cəmi 2.751 ailə, 5.897 kişi, 5.566 qadın, 11.463 nəfər.
Sərdarın idarəsi altında bu hissələrin əhalisi təqribən bərabər idilər. Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. Qala isə müqayisəolunmaz dərəcədə ziyan çəkib. Ona görə də şəhərin hissələri arasında yenidən bölgü aparılmalıdır.
İrəvan şəhərinin imtiyazlı əhalisi:
Şəhər hissəsi - azərbaycanlılar:
3 xan ailəsi, 18 kişi, 17 qadın, cəmi 35 nəfər
25 bəy ailəsi, 78 kişi, 63 qadın, cəmi 141 nəfər
12 mirzə ailəsi, 30 kişi, 24 qadın, cəmi 54 nəfər
23 molla ailəsi, 99 kişi, 87 qadın, cəmi 186 nəfər
18 seyid ailəsi, 49 kişi, 52 qadın, cəmi 101 nəfər
Ermənilərdə:
2 bəy ailəsi, 4 kişi, 3 qadın, cəmi 7 nəfər
1 mirzə ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər
5 ruhani ailəsi, 23 kişi, 12 qadın, cəmi 35 nəfər.
Cəmi 89 ailə, 302 kişi, 261 qadın, 563 nəfər.
Təpəbaşı hissəsi Azərbaycan türkləri:
1 xan ailəsi, 4 kişi, 2 qadın, cəmi 6 nəfər
12 bəy ailəsi, 43 kişi, 28 qadın, cəmi 71 nəfər
6 mirzə ailəsi, 33 kişi, 16 qadın, cəmi 49 nəfər
20 molla ailəsi, 69 kişi, 48 qadın, cəmi 117 nəfər
10 seyid ailəsi, 21 kişi, 25 qadın, cəmi 46 nəfər.
Ermənilərdə:
3 məlik ailəsi, 13 kişi, 13 qadın, cəmi 26 nəfər
8 ruhani ailəsi, 32 kişi, 23 qadın, cəmi 55 nəfər
Cəmi 63 ailə, 227 kişi, 165 qadın, 192 nəfər.
Dəmirbulaq hissəsi - Azərbaycan türkləri:
14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər
1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər
7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər
11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər
3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər
Ermənilərdə:
3 məlik ailləsi. 12 kişi, 10 qadın, cəmi 22 nəfər
5 bəy ailəsi, 16 kişi, 13 qadın, cəmi 29 nəfər
1 mirzə ailəsi, 1 kişi, 3 qadın, cəmi 4 nəfər
13 ruhani ailəsi, 55 kişi, 35 qadın, cəmi 90 nəfər
Cəmi 36 ailə, 88 kişi, 86 qadın, 174 nəfər
İrəvan şəhəri üzrə Azərbaycan türkləri:
4 xan ailəsi, 22 kişi, 19 qadın, 41 nəfər
51 bəy ailəsi, 167 kişi, 137 qadın, 304 nəfər
19 mirzə ailəsi, 64 kişi, 41 qadın, 105 nəfər
50 molla ailəsi, 181 kişi, 151 qadın, 332 nəfər
39 seyid ailəsi, 92 kişi, 96 qadın, 188 nəfər
3 dərviş ailəsi, 6 kişi, 4 qadın, 10 nəfər
Ermənilərdə:
3 məlik ailəsi, 13 kişi, 13 qadın, 26 nəfər
5 bəy ailəsi. 16 kişi, 13 qadın, 29 nəfər
1 mirzə ailəsi, 1 kişi, 3 qadın, 4 nəfər
13 ruhani ailəsi, 55 kişi, 35 qadın, 90 nəfər
Cəmi 188 ailə, 617 kişi, 512 qadın, 1.129 nəfər.

Elçin Qaliboğlu