“Ermənistan pandemiyadan sonra danışıqlarda əlavə şərtlər irəli sürərəsə...” Layihə

“Ermənistan pandemiyadan sonra danışıqlarda əlavə şərtlər irəli sürərəsə...”

Məhəmməd Əsədullazadə: “Azərbaycan lokal hərbi əməliyyatlara başlaya bilər”

“Postkorona dövründə dünyanın nizamında müyyən dəyişikliklər qaçılmazdır və hesab edirəm ki, Cənubi Qafqaz da bu nizamda əsas episentrlərdən biri ola bilər. Çünki regionda işğal və separtizm davam edir və yeni nizamda bunlara son verilməsi istiqamətində müəyyən irəliləyişlərin olacağı qaçılmazdır. NATO regionda fəallaşa bilər və bu qurumun əsas strategiyası Azərbaycan üzərindən Mərkəzi Asiyaya açılmaqdır. Məhz Azərbaycan faktoru burada əsas rol oyanayır. Ermənistana gəldikdə isə, bu ölkə Rusiyanın satalletidir və yalnız Rusiyanın regionda xüsusi əhəmiyyətə malik maraqlarını qorumağa xidmət edir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert suallarımıza aydınlıq gətirməyə çalışıb.

-Ermənistan koronavirus pandemiyası ilə bağlı ÜST-ün tövsiyələrini heçə sayır. İşğalçı ölkədə pandemik durumun acınacaqlı omasına baxmayaraq atəşkəs rejimini hər gün pozur, qondarma seçkilər keçirir, təxribatçı əməllərdən geri çəkilmir. Düşmən ölkə nəyə arxayındır?
- Ermənistanın işğalçı siyasəti heç bir mənəviyyata sığmır. Hətta koronovirus pandemiyasının tüğyan etdiyi bir situasiyada işğalçı ölkə bundan istifadə edərək cəbhədə atəşkəsi mütəmadi pozur. Təbii ki, təxribatlar cavabsız qalmır. Amma ÜST-ün tövsiyələrinə rəğmən bu işğalçı ənənəvi siyasət aparır, təxribatlara ara vermir. Bu, onu göstərir ki, işğalçı ölkə danışıqlarda maraqlı deyil və prosesi gərginləşdirməklə vaxtı uzatmağa çalışır. Bu, Ermənistanın “demokrat” rəhbərliyinin sələflərinin siyasətinin davamı kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu siyasətin qarşısı beynəlxalq birlik tərəfindən alınmalıdır. Hətta Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilərin keçirilməsi danışıqlar prosesində Ermənistanın səmimi olmadığını ortaya qoydu. Pandemiyanın artıq Qarabağa da yol açıdığı və bunun seçkilərdə daha da artdığı bəlli oldu. Göründüyü kimi dünyanın bütün tədbirləri və siyasi prosesləri ertələndiyi bir vaxtda Ermənistanın tələm-tələsik bu avantürası heç bir dövlət tərəfindən tanınmadı və qınaq obyektinə çevrildi. Hətta belə bir pandemiya dövründə bunu bəşəriyyətə qarşı bir cinayət kimi qiymətləndirmək lazımdır. Bəli, Ermənistan əndazəni aşır, heç bir mənəvi və humanizm sərhəddi tanımır. Bu xəstə siyasətə son qoyulmasa, onların avantürası getdikcə xaotik olacaq.
-Koronaviris pandemiyası dövlətlər arasında ticarət dövriyyəsinə, eyni zamanda, ölkələrin iqtisadiyyatına ciddi təsir edib. Ermənistan hansı vəziyyətdədir və belə davam edərsə hansı durma düşə bilər?
-Hazırda Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayıb. Lobbi təşkilatlarından bu ölkəyə maliyyə axını ciddi azalıb. Paşinyanla Rusiyadakı erməni lobbisi arasında dərin uçurum var. Rusiyadan yardımlar da kəskin azalıb. ABŞ-da koronavirusun daha da geniş yayılması buradan da yardımları kıskin azaldıb. İqtisadi blokadada olan Ermənistanın İran nəfəsliyi də əvvəlki kimi deyil. İranda virusun tüğyan etdiyi bir dönəmdə həmçinin İranın iqtisadi defoltu Ermənistanla iqtisadi əməkdaşlığa zərbə vurub və demək olar ki, ticarət dövriyyəsi azalıb. Gürcüstanlada sərhədlər bağlanıb. Belə olan təqdirdə heç bir istehsalı olmayan, xarici yardımlardan asılı bu ölkənin iqtisadi tənəzzülü qaçılmazdır. Hazırda yerli iqtisadçilar həyəcan təbili çalır. Ermənistanın baş naziri Nikol Paşinyanın islahalatlar paketi demək olar ki, fiaskoya uğradı və ölkədə əhalinin alıcılıq qabiliyyəti gedikcə aşağı düşür. Belə olan təqdirdə Ermənistanda siyasi böhranın baş verməi qaçılmaz ola bilər. Hazırda gedən proseslər Paşinyan əleyhinə bir atmosfer formalaşdırır. Azərbaycanın Ermənistanla müqayisə edilməsi düzgün olmasa da, bu gün ölkəmizin valyuta yastığı və yerli istehsalatda canlanma bu pandemiya dövründə ciddi itkilərlərə məruz qalmağımızın qarşısını alır. Azərbaycan çalışıır ki, öz potensialını qoruyub saxlasın.
-Qlobal pandemiya dövründə Qarabağ probleminin həlli persektivini necə dəyərləndirmək olar?
-Hazırda pandemiya dövründə diplomatik danışıqlarda fasilə var. Bu, o demək deyil ki, Azərbaycan tərəfi prosesin belə davam etməsinə razı olacaq. İstənilən vasitə ilə prosesi öz xeyrinə dəyişməyə çalışacaq. Və bunun üçün də əlində kifayət qədər imkanlar var. Hesab edirəm ki, bu pandemiya dövründə diplomatik danışıqlarda hər hansı bir irəlliyiş gözlənilmir. Azərbaycan tərəfi hərbi təzyiqlər yolu ilə münaqişənin həllində dönüş yarada bilər.
-Artıq bütün dünya postkoronavirus dövründən danışır. Postkoronavirus dönəmində dünyada nəyi müşahidə eədəcyik? Bu dönəmdə Azərbaycan və Ermənistanın beynəlxalq arenada mövqelərində hansı dəyişikliklər olacaq?
-Koronavirusdan sonra dünyanın siyasi nizamında ciddi dəyişikliklərin olacağı qaçılmazdır. Hesab edirəm ki, Cənubi Qafqaz da bu nizamda əsas episentrlərdən biri ola bilər.Azərbaycanın apardığı siyasət və ölkəmizin beynəlxalq imicinin formalaşmasına müsbət təsir edir. Azərbaycan daima beynəlxalq səviyyədə Qarabağ danışıqlarında siyasi müstəvidə proseslərə dəstək alır. Bundan sonar bu istiqamətdə işlərin daha da intensivləşəcəyi Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Ümumiyyətlə, Azərbaycanın enerji və nəqliyyat layihələri Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verib. Azərbaycan Beynəlxalq səviyyədə Ermənistanı dalana dirəyəcək. Azərbaycan Qərblə siyasi-iqtisadi və enerji layihələrinə malikdir və bunu getdikcə inkişaf etdirəcək. Bununlada Azərbaycanın həm ABŞ, həm də Avropa ilə geniş parametrlərdə əməkdaşlığı yüksək səviyyədə olacaq. Hesab edirəm ki, Ermənistan üçün bu keçərli deyil, yalnız lobbi təşkilatlarının səyləri ilə müəyyən siyasi xətt yürütməyə çalışacaq. Bu ölkənin beynəlxalq birliyə töhfə verəcəyi hər hansı bir planı yoxdur. Azərbaycan isə, Cənubi Qafqazda Gürcüstanla birlikdı daha da praqmatik siyasətini davam etdirərəcək. Nə qədər ki Ermənistan işğal olunuş ərazilərimizdən çəkilməyb, bu ölkənin beynəlxalq nizamda yeri olamyacaq...
Azərbaycan ciddi şəkildə post-pandemiya dövrünə hazırlaşır. Məhz Qarabağ danışıqlarının nizamlanması istiqamətində Minsk qrupunun həmsədrlərindən ciddi irəliləyiş tələb etməlidir və formalaşacaq siyasi nizamda prosesləri öz lehinə çevirməlidir. Hesab edirəm ki, Azərbaycan Qarabağ danışıqlarının əvvəlki kimi davam etməsinə icazə verməyəcək və danışıqlarda mümkün irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcək. Bu, qaçılmazdır və Azərbaycan buna məcburdur. Çünki Ermənistana bundan sonra şans verilməsi çətin olacaq. Ermənistan ona verilən vaxtdan sui istifadə edir və danışıqlarda prosesi pozmaq üçün cəbhədə və Qazaxda sərhəddə təxribatlara əl atır ki, ortaq məxrəc əldə olunmasın. Ona görə də Azərbaycan çalışacaq ki, Ermənistana bu kimi şanslar tanımasın, konkret şərtlərlə danışıqlarda irəlləyiş əldə etmək üçün əlavə rıçarqları işə salsın.
-Müharibə ehtimalını necə dəyərləndirirsiniz?
-Azərbaycan daima müharibə varinatını masada saxlayıb. Danışıqlarda müharibə variantı daima gündəmdə olur. Ermənistan da artıq bunun fərqindədir. Aprel döyüşlərindən sonra Ermənistan Azərbaycanın necə qəraralı ölkə olduğunun şahididir. Hesab edirəm ki, Ermənistan pandemiyadan sonra danışıqlarda əlavə şərtlər irəli sürərəsə, danışıqları uzadarsa və təxribatlara gedərsə Azərbaycan lokal hərbi əməliyyatlara başlaya bilər. Bunun üçün Azərbaycanın kifayət qədər əlində əsaslar olacaq. Müharibə variantı daima aktual olaraq qalıb və Azərbaycan bunu reallaşdıra bilər.

Əli