Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir”

“Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir” Layihə

“Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir”

Millət vəkili:”Ona görə də, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışırlar”

İyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin məlumatına görə, bir saat davam edən video-konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.
Bundan öncə, aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoffer (ABŞ) bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən videokonfrans formatında görüşlə bağlı bəyanat yayıb.
Bildirilib ki, həmsədrlər 29-30 iyun tarixlərində bölgədəki ictimai səhiyyə vəziyyətini, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamikanı və sülh prosesindəki növbəti addımları müzakirə etmək üçün E. Məmmədyarov və Z. Mnatsakanyanla videokonfrans vasitəsilə ayrı-ayrılıqda və birgə şəkildə bir araya gəliblər.
Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib
Onlar regiondakı nisbi sabitliyi müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını bildiriblər.
2019-cu il martın 9-da verilən bəyanatı xatırladan həmsədrlər son təxribat xarakterli bəyanatların, təhrikedici ritorikanın və regiondakı vəziyyəti nəzərəçarpan yollarla dəyişdirmək üçün mümkün addımların atılmasını münaqişənin nizamlanma prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd ediblər.
Həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildiriblər.
Onlar tərəfləri atəşkəs rejimini möhkəmləndirmək və xalqları sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar.
Həmsədrlər şərtlər imkan verən kimi ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin rəhbərliyi altında monitorinqlərin yenidən bərpasının vacibliyini vurğulayıblar.
Həmsədrlər və Xarici İşlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda birbaşa görüş barədə razılığa gəliblər.
“Amerikanın Səsi” yazır ki, bundan öncə bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.
Prezident İlham Əliyev bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.
Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa, Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.
Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.
Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara çağırıb.
Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.
O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.
“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.
“Amerikanın Səsi” xatırladır ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb ki, həmsədrlərin görüşlə bağlı bəyanatını və tərəflərin yaydığı bəyanatları birləşdirərək bir sıra vacib nəticələrə gəlmək olar.
“Həmsədrlər tərəfindən inadkarcasına məzmunlu danışıqlar və əhaliləri sülhə hazırlamaq zərurəti haqqında danışılır, lakin Ermənistan hakimiyyəti məzmunlu danışıqlar altında nə təklif olunduğunu və bu sülhün şərtlərinin hansılar olacağını birbaşa şəkildə elə də açıqlamır.
Həmsədrlərin bəyanatından məlum olur ki, Paşinyan-Əliyev birbaşa rabitə kanalı işləyir və istifadə olunur. Yəni Nikol Paşinyan və İlham Əliyev ünsiyyət qururlar.

Həmsədrlərin bəyanatlarından, həmçinin erməni tərəfinin Ermənistanı Qarabağa birləşdirən 3-cü yol məsələsini tam və düzgün şəkildə əsaslandıra bilməməsi təəssüratı yaranır. Ayıq olaq”, - deyə Aşotyan bildirib.
Britaniyalı analitik Neyl Makfarleyn isə Dağlıq Qarabağ münaqişəsinin həll prosesində nəzərəçarpan tendensiyalara toxunarkən deyib ki, münaqişə ölkələrində əsasən daxili siyasi mübarizə, koronavirusa qarşı mübarizə, iqtisadi problemlərin aradan qaldırılması və s. görürük və deyəsən tərəflər fasilə götürüblər.
O qeyd edib ki, Rusiya Xarici İşlər nazirinin dövriyyəyə qoymağa çalışdığı gündəlik açıq şəkildə nə Azərbaycan, nə də Ermənistan tərəfini qane etməyib.
“Niyəsini deyə bilmərəm, çünki bu təkliflərin təfərrüatlarını bilmirəm, lakin bu müddət ərzində bu əhval-ruhiyyələr təkcə Ermənistanda yox, həm də Azərbaycanda nəzərə çarpdı və əsasən müharibə ritorikası nəzərəçarpan olub. Güman edə bilərəm ki, səbəb bu təkliflərin o qədər də birtərəfli olmamasıdır. Xarici İşlər Nazirliklərinin yaydığı bəyanatlar da bunu göstərir”, - deyə Makfarleyn bildirib.
Britaniyalı analitikin sözlərinə görə, münaqişə ölkələrinin siyasi gündəliyinin ilk məsələsi hazırda Dağlıq Qarabağ münaqişəsinin həll mövzusu deyil.
Milli Məclisin deputatı Sədaqət Vəliyevanın fikrincə isə, Prezident İlham Əliyev Mingəçevir şəhərindəki çıxışı zamanı işğalçı ölkə ilə bağlı söylədiyi fikirlərlə Ermənistanın real siyasi mənzərəsini təqdim etdi. Prezident tərəfindən Ermənistanın demoqrafiq vəziyyəti, siyasi elitasının korrupsiya, cinayətkarlıq əməlləri haqqında dəqiq informasiyaların əsasında əsaslı təhlil verməsi təcavüzkar ölkədə siyasi təzyiqin daha da yüksəlməsinə səbəb olub. Artıq Paşinyan ailəsinin tütün və brilliant qaçaqmalçılığı ilə məşğul olması faktının erməni ictimaiyyətinə bəlli olması müxalifətin hərəkətə keçməsinə əsas yaradıb. Bir sözlə ifadə etmiş olsaq, Prezident İlham Əliyev siyasi gedişləri ilə Bakıdan Ermənistandakı proseslərə təsir edir və boğazdan yuxarı bəyanatlar verən Paşinyana siyasət dərsi keçir, onu mat vəziyyətinə salır.
Sədaqət Vəliyeva bildirib ki, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışsalar da bu mümkün olmur: “Sirr deyil ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda, tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini, bu ölkənin faşizm ideologiyasına xidmət etdiyini ifşa edib. Eyni zamanda, dəfələrlə Paşinyan hökumətinin erməni ictimaiyyətindən gizlətməyə çalışdığı problemləri Prezident İlham Əliyev ifşa edib. Elə bunun nəticəsidir ki, artıq nəinki erməni ictimaiyyəti, eləcə də bütün dünya Paşinyanın psevdodemokrat olduğuna tam əmin olub. Artıq erməni xalqı da görür ki, Paşinyan onlara demokratiya kökəsi deyil, totalitarizm kötəyi verir. Ona görə də, Ermənistan və erməni lobbisi bütün səviyyələrdə Azərbaycana mane olmağa çalışırlar. Lakin bu da mümkün olmur. Məsələn, dünyanın 130-dan çox ölkəsinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəklədiyi halda, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bəli, bu fakt da bir daha Paşinyan hökumətinin Prezident İlham Əliyev qarşısında mat vəziyyətinə düşməsinin göstəricisidir”.

Cavid