Vayfayı olan hər kəsə xəbərdarlıq...
26 Yanvar 21:35
Politoloq: “Bütün qeyd olunanları qarşı tərəfdən tələb etməlidir”
Dağlıq Qarabağla bağlı hazırda 3 məsələ gündəmdədir. Ermənistanın sərhəd məsələsi ilə bağlı bilərəkdən yaratdığı gərginlik, Avropa Paramentinin “hərbi əsirlər” məsələsi ilə bağlı qəbul etdiyi qətnamə və Zəngəzur dəhlizi. Bundan başqa Ermənistan əsgərləri sərhəddə təxribatlarını davam etdirirlər. Bütün bu məsəslələr Azərbaycan, Ermənistan və digər ölkələrdə müzakirə olunur.
Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuanla görüşüb. Görüşdə Tolmacyan həmsöhbətini Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyətlə tanış edib. Diplomatik nümayəndəliyin rəhbəri Fransanın bu mövzuda açıq mövqeyinə və Ermənistana verdiyi güclü dəstəyə görə, Lemuana ölkəsi adından təşəkkür edib. Görüşdə ikitərəfli münasibətlər də müzakirə olunub. Qeyd edək ki, Fransa həmişə olduğu kimi, prezident və xarici işlər naziri səviyyəsində bundan əvvəl də Azərbaycandan "Zəngəzur (Sünik) bölgəsini tərk etməyi" istəmişdi...
Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, Azərbaycan əsgərləri sərhəd xəttini keçmək istəyən erməni hərbçiləri ilə humanist davranırlar. Ekspert Ermənistan-Azərbaycan sərhədində baş verən son olaylara diqqət çəkib: “Erməni hərbçilərində mənəvi pozğunluq gözə çarpır: sürətlərini artırmaq üçün qaçır və silahlarını Azərbaycan xüsusi təyinatlı qüvvələrinə təhvil verərək Ermənistan ərazisi istiqamətində hərəkət edirlər. Göründüyü kimi, İkinci Qarabağ Müharibəsindəki hərbi məğlubiyyət şoku hələ də Ermənistan ordusundan keçməyib.
Qeyd edək ki, erməni hərbçiləri əsir götürülmədilər - azərbaycanlılar onları yenidən sərhəd xəttinə apardılar. Bəli, bura sərhəd xəttidir, tamaşa meydanı deyil. “Evinizə gedin”, - Azərbaycan hərbçilərinin erməni hərbçilərinə ünvanlanan əmrləri rus dilində verilir. Erməni əsgərləri evlərinə qayıtdılar - hamısı da sağ-salamat. Bu, humanizm deyilmi?”
Politoloq Samir Hümmətov “Xalq Cəbhəsi”nə bildirib ki, Avropa Parlamenti Azərbaycanın əleyhinə 607 səslə, erməni “hərbi əsirləri” və “mülki məhbusları” heç bir şərt olmadan azadlığa buraxmağı tələb edən qərar qəbul etdi: “Avropa Parlamenti həçinin Türkiyə ilə bağlı da bir qərar qəbul etdi. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bu qərarın tamamilə siyasi xarakter daşıdığı və reallığın təhrif edildiyi bir qərar olduğu açıq şəkildə görünməkdədir.
Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnaməsi:
1. Ermənistanın suveren ərazisinin pozulması Azərbaycan nümayəndələri və prezidentinin ərazi iddiası qaldıran narahatedici açıqlamalarını izləyir.
2. Sülh sazisişində Minsk qrupuna daxil Aİ ölkələrinin iştirak etməməsindən təəssüf hissi keçirilir.
3. Bakıdakı qənimətlər parkının təxirə salınmadan bağlanmasına çağırır.
4. Erməni əhalinin və erməni abidələrinin təhlükəsizliyinin təmini, ehtiyacı olanlara humanitar yardımın çatmasının təmininə olan mühüm ehtiyac vurğulanır.
5. Azərbaycanın müharibədən əvvəl və sonra tutduğu bütün əsirləri şərtsiz qaytarması istənir.
Avropa Parlamentinin məlum 5 bənddən ibarət qərarına cavab olaraq onu qeyd etmək olar:
1. Azərbaycanın suveren əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi və 30 ilə yaxın müddətdə Ermənistan dövlət nümayəndələri, xüsusilə də Ermənistan prezidenti, baş naziri və müdafiə naziri tərəfindən verilən açıqlamaların Azərbaycan üçün daha çox narahatedici idi.
2. Münaqişənin ilk dövrlərindən başlayaraq ATƏT-in Minsk qrupunun Ermınistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə heç bir tutarlı addım atmaması onu göstırdi ki, münaqişənin həll edilməməsi ATƏT-in Minsk qrupunun marağında deyil. 30 ilə yaxın təcrübəyə baxsaq, onların məqsədinin nədən ibarət olduğunu daha yaxşı anlamaq olar.
3. I Qarabağ savaşı müddətində və sonrakı dövrdə Ermənistan Silahlı Qüvvələrinin və terrorçu dəstələrinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, soyqrım və kütləvi qətillər, həmçinin işğal edilmiş ərazilərin tamamilə məhv edilərək xarabalığa çevrilməsi, xüsusilə də Ağdamın tamamilə dağıdılmasının səbəbləri Ermənistan tərəfindən soruşulmalı və ona hüquqi qiymət verilməlidir.
4. I Qarabağ savaşı ərzində və ondan sonrakı mərhələdə Ermənistan Silahlı Qüvvələri və terrorçu qruplaşmaları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan artıq Məscid, həmçinin minlərlə maddi mədəniyyət nümumələri dağıdılıb məhv edilibdir. I Qarabağ savaşında və ondan sonrakı mərhələdə Azərbaycan əhalisinin Dağlıq Qarabağ və ətraf rayonlardan kütləvi qovulma prosesi başladı. Avropa Parlamenti üçün birinci narahatedici məsələ məhz bu hallar olmalıdır.
5. Yalnız I Qarabağ savaşı ərzində Erməni Silahlı Qüvvələri və terrorçu qrupları tərəfindən əsir götrülmüş 4300-dən artıq azərbaycanlıdan hələ də məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin "hərbi əsir" adlandırdığı erməni terrorçuları II Qarabağ savaşı müddətində deyil,10 noyabr 2020-ci ildə üçtərəfli müqavilədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxulduqları üçün saxlanılıb. Hesab edirəm ki, Avropa Parlamenti özünün neytrallığını göstərmək istəyirsə bütün qeyd olunanları qarşı tərəfdən tələb etməlidir”.
Deputat Vahid Əhmədov isə Milli Məclisin iclasında çıxışı zamanı Qaragöl ətrafında baş verən hadisələrin adi hal olduğunu bildirib: “Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.
Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artır: “Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 milyard dollarlıq ümumi daxili məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Belə ki, Rusiya 1,7 trilyon, Türkiyə 761,4 milyard, İran 454 milyard, Azərbaycan 48,05 milyard, Gürcüstan 17,48 milyard və Ermənistan 13,67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
Millət vəkili qeyd edib ki, bütün bunlar fonunda, Zəngəzur dəhlizi regionda kommunikasiyaların bərpasında həlledici layihələrdən hesab olunur və bölgədə dayanıqlı inkişaf və sülh üçün isə regionda kommunikasiyaların bərpası qaçılmazdır.
Deputat Elşən Musayev deyib ki, Ermənistanı uzun illər idarə edən şəxslər yürütdükləri yanlış və işğalçılıq siyasəti ilə mənsub olduqları xalqı və dövləti uçuruma aparıblar, bütün enerji layihələrindən kənarda qalıblar, səfalət və rəzalət üçün zəmin hazırlayıblar. Deputat qeyd edib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində energetika və nəqliyyatın inkişafı sahəsində Azərbaycanın təşəbbüslərindən kənarda qalıb. Nəticə etibarilə isə bir zamanlar işğal etdikləri və heç vaxt nə tarix, nə də beynəlxalq hüquq baxımından onlara məxsus olmayan əraziləri itirib.
Ermənistan sözün gerçək anlamında dağılır, Ermənistanda iqtisadiyyat demək olar ki, tamamən məhv olub, ona görə fürsət tapan hər bir Ermənistan vətəndaşı öz ölkəsini dərhal tərk edir, ölkədə ciddi etirazlar var, hamı bir-birini ittiham edir, xaosun tam içindədirlər.
Halbuki, zamanında düzgün istiqamət götürsəydilər, normal qonşuluq siyasəti aparsaydılar, işğaldan öz xoşları ilə əl çəksəydilər, Azərbaycanın əzəli torpaqlarına göz dikməsəydilər, araya nifaq salmasaydılar bu vəziyyətə qalmazdılar. İndi isə Ermənistan elədiklərinin bədəlini ödəyir və ödəməyə davam edəcək.
Ermənistan çökmüş bir ölkədir. Bu dövlətin bundan yüz il sonra da perspektivi olmayacaq. Fiasko və məğlubiyyət onları daim müşayiət edəcək. Rəzalət və çöküş onların layiq olduğu sonluqdur”.
Əli