“Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstəririk” Layihə

“Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstəririk”

Elmira İsmayılova: “Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif layihələr həyata keçirmək üçün peşəkar insan resursları var”

Dövlətimizin siyasətinin əsas hədəflərindən biri olaraq regionların sosial-qtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda paytaxtla yanaşı, regionlarda da vətəndaş cəmiyyətinin qurulması istiqamətində ciddi işlər görülüb. Əsas odur ki, regionlarda da insanların QHT-lərə inam və marağı var. Çünki QHT-lər də cəmiyyətlə sıx təmasda işləyir, onlara maddi və mənəvi dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Bu baxımdan "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsinin rəhbəri Elmira İsmayılova fəallığı ilə seçilir. Gəncədə tanınmış ziyalı xanım olaraq Elmira İsmayılova uzun illərdir vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verir. Elmira xanımın müsahibəsində dediyi fikirlər və onun fəaliyyəti bir çox gənclərimiz üçün faydalı ola bilər.

- Elmira xanım, demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyətinin nə kimi rolu var?
- Demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyətinin vasitəçi rolu kimi fəaliyyətini qeyd edə bilərəm. Milli dəyərlərimizi qorumaqla, beynəlxalq təcrübə və daxili ənənələr əsas götürülməklə layihələr həyata keçirilir, məlumatlandırma və maarifləndirmə işləri aparılır.
- "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi nə vaxt yaradılıb və məqsəd, məramı nədən ibarətdir?
- "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi 2002-ci ildə yaradılmışdır. Baş İdarənin sədri Məhluqə xanım Rəhimova republikamızın bir cox şəhər və rayonlarında təşkilatın şöbələrini yaratmışdır.
Təşkilatın məqsədi taleyinə əlillk qismət olmuş insanlara yaşından, əlilliyindən asılı olmayaraq bərabər hüquqlarının qorunması, ələbaxımlıqdan uzaqlaşdıraraq öz hüquqlarına özləri qərarlı olmaları, sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində (Təhsil, səhiyyə, sosial sahibkarlıq və s.) yaxından iştirak etməklə, ehtiyac duyulan müxtəlif sahələrdə, sahibkarlıq üzrə maarifləndirmə və məlumatlandırma işləri apararaq cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu məsələlərin həllində daxili və beynəlxalq əlaqələrdən istifadə edərək fəlaiyyət göstəririk. Belə ki, sorğu, araşdırma nəticəsində əldə olunan nəticələr istiqamətində iş aparılır. Eyni zamanda hüquqi yardım və maarifləndimə, sahibkarlıq bacarığının artırılması, inteqrasiyalı, inklüziv təhsil istiqamətində fəaliyyət göstəririk. Müxtəlif yerli və beynəlxalq təcrübə mübadilə proqramlarında, sərgilərdə iştirak edirik.

- Bu vaxta kimi görülmüş işlərz haqqında nə deyə bilərsiniz?
- Təxminin 20 il ərzində Gəncədə və ətraf rayonlarda müxtəlif layihə və tədbirlər keçirmişik. Bunlardan bir qismini diqqətinizə çatırmaq istərdim.
Prezident Administrasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə əlillərin əl işlərindən ibarət sərgilər və satış təşkil olunur, o cümlədən Azərbaycandakı bütün milli bayramlarımızı, ümumiyyətlə, əlamətdar günləri əlilliyi olan şəxslər və ziyalıların iştirakı ilə Gəncədə qeyd edirik. Bundan başqa, yardım kampaniyaları təşkil edirik. Belə ki, ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən “Gələcəyə körpü” İB ilə birgə Gəncə şəhərində, evlərdə yaşayan 204 tənha qocalara paltar yardımı paylanmışdır. ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən 5147 nəfər əlilliyi olan insanlara (kişi, qadın və uşaqlara) paltar verilmiş, ailə planlaşdırılması təlimləri keçirilmişdir. Təşkilatımıza 3228 nəfər əlilliyi olan qadınlar üzv olmuşlar.
XXI Əsrin Gəncləri təşkilatının hüquqşunası və digər könüllü hüquqşunaslar tərəfindən əlilliyi olan və aztəminatlı insanlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Bu vaxata kimi 5147 nəfər əlilliyi olan şəxslər arasında sorğu aparılmışdır. Kurslar təşkil olunmuşdur (kompüter, dil, dekorativ əl işlərinin hazırlanması, rəssmlıq, toxuculuq və s.). Bu kurslarda əlilliyi olan və əlilliyi olmayan gənclərin qarşılıqlı inteqrasiyası təşkil edilmişdir.
Gəncə Gil-Torpaq səhmdar cəmityyətinin nəzdində olan poliklinikada təşkilatımızın müraciəti əsasında 836 nəfərə pulsuz həkim müayinəsi, müalicə reseptinin yazılması (lazım gəldikdə iynənin vurulması və s.) kimi xidmətlər göstərilmişdir. ANAMA-nın maliyyə dəstəyi ilə minadan zərərçəkimiş əlillərə və təşkilatımızın üzvləri olan əlil qadınlara əlil arabaları təmənnasız çatdırılıb. “Save the Chldren” Bərdə ofisi tərəfindən aztəminatlı və əlilliyi olan qadınlar üçün tikiş sexi təşkili olunmuşdur.
Avropa Komissiyasının PADOR sistemnə və Salto proqramına qoşulmuşuq. Şərq-Şərq proqramı çərçivəsində Çexiyada təcrübə mübadilə proqramında iştirak etmişik. USAİD–ın maliyyə dəstəyi və Sülh korpusu Azərbaycan nümayəndəliyi ilə birgə Gəncədə ilk teatr truppası yaradılıb və tamaşanın Gəncə Dram Teatrında nümayişi olub. Burada əlilliyi olan və əlilliyi olmayan gənclər birgə iştirak ediblər. İREX-in Subqrant proqramının iştirakçısı olaraq “Media Əlillərə Dəstək” layihəsini icra etmişik. Resurs mərkəzi yaradılmışdır. Ombudsmanın Gəncə nümayəndəliyi ilə birgə əməkdaşlıq çərçivəsində davamlı əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. AMAK-ın təşkilatçılığı ilə 2017- ci ildə 200 nəfər (əlilliyi olan və valideyinlər) arasında tərəfimizdən sorğu keçirilmişir.
Yerli və beynəlxalq təlimlərdə davamlı iştirak edirik. Yetişdirdiyimz, kursdan faydalanmış gənclərin sosial sahibkarlığın qurulmasında onlara yaxından dəstəyimiz təmin olunur. Əlilliyi olan insanların və aztəminatlı ailələrə hüquqi yardım göstərilməsinin davamlılığı həyata keçirilir. Baş idarə və öz tərəfimizdən keçirilmiş “Əlilliyi olan insanların seçki hüququ haqqında”, məişət zorakılığı ilə bağlı Gəncədə ictimai maarifləndirmə, dəyirmi masa təşkil etmişik. Gənclərin asudə vaxtının səmərəli, faydalı keçirilməsi üçün “Fərəh klubu” yaradılmışdır.
Baş İdarənin Gəncə şəhərində və başqa rayonlarda keçirdiyi layihələrdə fəal iştirak edirik. "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif səpkidə, sayından, istiqamətindən asılı olmayaraq, həyata keçirəcək layihələr üçün peşəkar insan resursları vardır.

- Gəncədə əlillərə pisxoloji və mənəvi dəstəyin göstərilməsində QHT-lər hansı aktivlik göstərir?
- Şöbəmizin yarandığı tarixdən bu günə kimi, qarşılıqlı inteqrasiya, mənəvi-psixoloji dəstək və sosial həyat tərzinin yaxşılaşdırması istiqamətində, təhsil-peşə, sosial sahibkarlıq, beynəlxalq təcrübə proqramlarında iştirak edir. Təşkilat olaraq könüllülərimizlə (təcrübəli mütəxəssislər hüquqşunas, psixoloqlar, sosial işçilər, həkimlər, təhsil-peşə mütəxəsissləri və s. olmaqla) aidiyyəti üzrə hər zaman əlilliyi olan insanlara xidmətlər göstərilir. Bu kimi və digər problemlərin həlli üçün ehtiyyac duyulduğu halda, aidiyyəti qurum və təşkilatlarla birgə çalışırıq.
COVİD-19 pandemiyası başladığı dövürdən 2021-ci ilin yanvarına ilə qədər 300-ə yaxın əlilliyi olan və aztəminatlı ailəyə pandemiya, karantin qaydalarına riayət olunması və sağlamlığın qorunması haqqında maarifləndirmə xarakterli, zərurət yaranmadığı halda evdən çıxmamaq (uşaqları mağaza və s. olan yerlərə, ümumiyyətlə, aparmamaq) maska taxmaq, sosial məsəfəni qorumaq, gigenik qaydalara riayət etmək, fiziki məşğələlər keçirmək (ev şəraitində və s.) kimi məlumatlar çatdırılıb. İşsiz ailələrin birdəfəlik 190 manat məbləğində pul yardımını alınması üçün müraciət edən 179 ailə e.sosial.gov.az saytında tərəfimizdən könüllülərlə birlikdə qeydiyyatdan keçirilmişdir. Türkiyənin Gəncə baş konsulluğunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 55 ailəyə ərzaq yardımı verilmişdir.

- Vətən müharibəsində Gəncə şəhəri də ermənilərin artilleriya atəşinə məruz qaldı. Həmin zamanlarda "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi olaraq əhaliyə necə dəstək ola bildiniz?
- Vətən müharibəsində Gəncə şəhəri ermənilərin artilleriya atəşinə məruz qaldı. Onsuz da pandemiya artıq insanlara şok vəziyyəti yaşadırdı. Koronavirus stress ilə yanaşı, bomba partlayışı da qorxu yaşatdı və təbii ki, istər uşaq evinin uşaqlarına, istər ali məktəb tələbələrinə, istər orta məktəb şagirdlərinə, ahıllara, ümumiyyətlə, depressiyaya düşmüş şəhid ailələrinə, şəhidlərimizin övladlarına, qazilərə və onların ailələrinə xidmətlər yüksək səviyyədə icra olunurdu. Bu gün də davam edir... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
- Perspektivdə hansı layihələri həyata keçirməyi düşünürsüz?
- Biz qalib xalqıq! Bunun üçün Tanrıya şükürlər olsun ki, bizə Zəfər Tarixi yazan Müzəffər Ali Baş Komandanımızı və onun rəhbərliyi ilə güclü ordu bəxş etmişdir. Prezidentimizin Dəmir Yumruğu düşmənə unudulmaz tarix yaşatdı. Torpaq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik, ruhları önündə baş əyirik.
Pandemiya şəraiti və 44 günlük müharibədə şanlı qələbə bizi daha faydalı fəaliyyət göstərməyə vadar edir. Göstərdiyimiz xidmətlərin (psixoloji, sosial iş, hüquqi, terapevtik, özünəməşqulluq və s.) davamlılığını təmin etmək üçün yeni layihələr planlaşdırırıq.

Əli Zülfüqaroğlu