XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri Güney Azərbaycan

XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri

1-ci yazı

Müşahidələr göstərir ki, ana dili uğrunda mübarizə inqilabdan sonra da davam edib. Mübarizələr, inqilabi hərəkatlar, xalqın milli azadlıqlar uğrunda çarpışmaları ədəbiyyatda, poeziyada ictimai-siyasi mövzuları ön plana çəkirdi. Bəhram Elçinin “İnqilab dastanı”, H.M.SavalanınApardı sellər Saranı”, Y.MminininAşıqlı karvan”, B.Zəma-nininAraz”, QaflantınınSeçilmiş əsərləri”, Ə.S.AlovunDumanlı günlər”, H.TərlanınAlovlu şerlər”, Ə.N.Oxtayın “İşıqvə s. kitabları 1978-79-cu illərdə baş vermiş İran İslam İnqilabından sonra işıq üzü gördü. Bu kitablarda toplanmış əsərlərdə, eləcə də poemalarda xalqın adətnənələri, milli hökumət, inqilab dövrü, durğunluq illərinin ictimai-siyasi mənzərəsi poetik dillə təsvir edilir. Güneyin söz ustaları bütün dövrlərdə xalq həyatının tərcümanı, xalqın danışan dili olmaqla təsdiq etdilər ki, şairlik ən yüksək vətənpərvərlikdir. Xalqa xidmət həqiqət carçısı olmaq, insanları haqq və ədalətin doğru yoluna çıxarmaqdır. Bu yolda canından keçmək, ölüm və ya fəlakət də xoşdur.

Həyatının bir çox illəri ağır məhrumiyyətlər, zülm və zillət içində keçən, sürgündə yaşamağa məcbur olan Həbib Sahir fəal ictimai mövqeyi ilə seçilən, dövrün ağrı-acılarını yaradıcılığında qabarıq əks etdirən sənətkarlardandır. Akademik Abbas Zamanovun qeyd etdiyi kimi, “Şairin şahlıq istibdadına qarşı barışmaz mövqeyi, hər cür əzab-işgəncəyə sinə gərməsi, heç nə qarşısında əyilməməsi, zülmkar hökumət quruluşunu var gücü ilə ifşa etməsi onun sözünün, nüfuzunun gündən-günə artmasına, mütərəqqi şair və yazıçıların ətrafında birləşməsinə, müqavimət ədəbiyyatının yaranmasına səbəb olub. Sahiri haqlı olaraq Güneydə müqavimət ədəbiyyatının başçısı və ağsaqqalı adlandırırlar”.

Həbib Sahir yaradıcılığı ayrı-ayrı fərdlərin yaşayışı, onların ağır gün-güzəranının ümumiləşdirilmiş mənzərəsini əks etdirmək baxımından diqqəti daha çox cəlb edir ki, bu da onun xalq həyatını dərindən öyrənib poeziyaya gətirməsi sayəsində mümkün olur. O, mühacirətdə yaşayanların, eləcə də vətənində vətənsiz olan milyonların azad olması, bəxtiyarlığı üçün inqilabi mübarizəyə yeganə çıxış yolu kimi baxır və bu düşüncələrini poemalarında qabarıq şəkildə ifadə edir. Onun sadə və rəvan dildə, doğma türkcədə qələmə aldığı əsərlərinin alt qatında dərin düşüncə, sərrast məntiq və müdriklik durur və o, poemalarında tarixi hadisələri ardıcıl və dövrə uyğun sıralamağı ustalıqla bacarır. Əsərlərində torpaq, Vətən məhəbbəti, milli duyğular xüsusi yer tutan şair əsası olmayan ehkamlara uyma¬ğı boş və əsassız bir ölçü sayır, sağlam düşüncə ilə dünyanı olduğu kimi görməyi, müqəddəsliyə daş atmamağı düzgün hesab edir.

Poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri XX əsr Güney Azərbaycan ədəbiyyatının önəmli ədəbi problemlərindən olub. Əsrin əvvəlləri və ortalarında bu janrın tədqiqi və təbliği məsələlərinə diqqət az olsa da, XX əsrin 60-cı illərdən başlayaraq həm Quzeydə, həm də Güney Azərbaycanda poema janrının tədqiqi və təbliği məsələlərinə ciddi yanaşılıb...

XX əsrin əvvəllərində Güney Azərbaycan və İran ədəbiyyatla¬rında xarici təsirlərə, geriliyə, cəhalətə qarşı maarifpərvər, demokratik fikir o qədər güclü olmuşdu ki, orta səviyyəli şairlər belə inqilabi əhvali-ruhiyyəli, yeni, mütərəqqi ideyalı əsərlər yazmağa başlamışlar. Təbii ki, həmin ərəfələrdə söz ustaları təkcə inqilabi ruhda əsərlər yaratmaqla kifayətlənməmiş, bəşər tarixinin keçdiyi yolları, yaşantılarını, çətin gün-güzəranını da yüksək sənətkarlıqla qələmə almış, ibrətamiz, dərin mənalı əsərlər yaratmışlar.

Güney AzərbaycandaMolla Nəsrəddin ədəbi məktəbinin görkəmli nümayəndələrindən olan Məcid Səbbağ Yalqız bir sıra şeirləri və satirik ruhluSəməndimmənzuməsində XX əsrin inqilabi mübarizələrini geniş aspektdə şərh etmiş və xalqın milli-ideoloji hisslərinin güclənməsində mühüm rol oynayıb. Türkiyəli tədqiqatçı və naşir Ali Kafkasiyalı yazır: “Məcid Şəbbağ Yalqız bir çox ədəbiyyat tənqidçisi tərəfındən, sadəcə, İran türklərinin deyil, bütün yaxın Şərqin və Qafqazın ən böyük çağdaş satira (həcv) şairi kimi qəbul edilməkdədir”.

O, “Səməndiyyə”də təzadlar üzərində dövr edən dünyanın qəribə işlərindən, hakimiyyətdə olan səlahiyyət sahiblərinin məzlumlara qarşı törətdikləri haqsızlıqlardan, insanların pul, var-dövlət hərisliyindən canlı xalq dilində bəhs edir, xalqın malını mənimsəyən, qanını soran zalımları, ərinə qarşı saymazlıq edərək öz sözlərini yeridən arvadları kəskin tənqid atəşinə tutur:

Şah bəyim!

Bal pətəyim, güliçəyim, nazlı Səməndim,

Saçı boynumda kəməndim!

Başda Gülsüm nənə tək var, nə dərinox uzun arzın...

Günahından Yezidin çoxdu sənin hər sulhilə azın!

İntizarın hələ vardır, çəkə el-tayfa da nazın!?

Bir tərəfdən də edirsən qızıvın fikir cahazın,

Bunca var çoxlu niyazın...

Hardan ilham alalı, gündə də bir mod geyinirsən!

Ərk edərkən ərivə, bir para sözlər də deyirsən,

Deyinirsən, sözün ancaq yeridirsən!

M.T.Zehtabi “Şahin zəncirdə” poemasında əzilib tapdalanan, bütün haqlan əlindən alınan elinin pozulan hüquqlarının bərpası üçün inqilabi mübarizə xəttini cızır və aydın gələcəyin yolunu göstərir. HəttaMolla deyib al həqqivi, çün həqq verilməz!..” hökmünü də verir:

Ey tərk eləyib Ərki uçanlar!

Ey baş götürüb hər biri bir səmtə qaçanlar!

Dönsəz vətənə, məhv olacaqdır bu dumanlar.

Sel tək axışın, birgə gəlin doğma diyarə,

Tənha ananın bəlkə edək dərdinə çarə?

İllər boyu zəncirdə qalsam da, varam mən,

Qəlbimdə mənim sarsılmamış zərrəcə iman,

Bir gün qara zəncirimi axır qıraram mən,

Ərkin başına qanla qızarmış qanadımdan

Bayraq vuraram mən!

Mənuçöhr Əzizi Haray isə “Yandırılan sazlar” poemasında yaxın gələcəyin proqnozunu verir, azadlıq günəşinin Vətən səmasında tezliklə yenidən doğacağına inamını bəyan edir:

Yavaş-yavaş azadlığın ağacları qönçələnir.

Təbiəti gözəllənir,

Şəhid olan sazlarımın uşaqları,

çalır bizə "Sülhü-zəfər ” mahnıları!

Göründüyü kimi, inqilabi ruh aydın və rəvan bədii dil və maraqlı təhkiyə ilə oxucuya çatdırılır. Poetik ustalıqla yazılmış bu parçalarda M.Ə.Sabir, M.Ə.Möcüz, M.Şəhriyar irsinin təsirini müşahidə edirik. Bu əsərlərdə gerçəkliklərə üsyankar tənqidi yanaşma özünü göstərir.

XX əsrdə ictimai-siyasi məsələləri, sosial problemləri, xalq həyatını hərtərəfli işıqlandırmaq üçün Güney şairləri poema janrına tez-tez müraciət edirdilər. Haşım Tərlanın pərişan eşqin fəlsəfi qayəli, sosial mahiyyətli məqamlarının əks olunduğu “Araz gülür” poe¬masında fikrin yığcamlığı, kövrək hisslərin poetik təcəssümü, lirik- psixoloji məntiqi oxucunu düşündürür. Poemada ictimai gerçəklik ön plana çəkilir, mənəvi-əxlaqi keyfiyyətlər xarakterizə edilir:

Salam apar, söylə məndən qoç Təbrizə,

Eşidirəm qolundakı zəncir səsin.

Araz necə dərin olsa, üzə-üzə,

Gələcəyəm, heç də düşmən sevinməsin.

Güney şairlərinin əsərlərində incə lirizmlə yoğrulmuş bir qəribəlik də müşahidə olunur. Həyat həqiqətləri, gerçəkliklər estetik tələblərlə bəzən təzad yaradır, qeyri-adiliklər adi, bəzən də çox mürəkkəb və psixoloji hal kimi səciyyələnir. Bu meyar Manuçöhr Əzizi Haray yaradıcılığından da yan keçmir və şair zaman-məkan prinsipiallığının fərqli xüsusiyyətlərini dərvişsayağı deyil, dünya görmüş aqil bir insan düşüncəsi ilə ehtizaza gətirir. Onun tapındığı müqəddəslik yalnız həqiqətdir. Əsrlərdən bəri uğrunda minlərlə igidin, elm fədaisinin, ictimai-siyasi xadimin canından keçdiyi gerçək, ali həqiqət: Qalileylər, Nyutonlar, həqiqətin yollarında şirin canın qurban edən qəhrəmanlar, yenidənmi çəkilsinlər məhkəməyə? Yox, əzizim, onları mən danammaram, onları mən satammaram, siyasətin min-min incə, zərif, sirli işlərinə.

Həbib Sahir ümumbəşəri mövzuda yazdığı əsərlərdə insanın kamilliyə çatmaq əzmini fəlsəfi yöndə açmağa çalışır. Məhz bu səbəbdən aktuallığı, özünəməxsusluğu, bədiiliyi, üslubu və s. cəhətləri ilə seçilən, dünya və zaman-məkan çərçivəsində süzgəcdən keçirdiyi mövzularla ayrı-ayrılıqda insanı düşündürür, özünüdərk prinsipiallığını ideoloji ardıcıllıqla qabartmağa müvəffəq olur. Saf məhəbbət, təmiz ilqar, milli ideala sadiqlik H.Sahir yaradıcılığının əsas leytmotivləridir. İrfanı, təsəvvüf elmini dərindən bildiyinə görə o, əsərlərinin ruhunu Tanrı sevgisi ilə ehtizaza gətirir, poetik dünyanın rəngarəngliyində irfani fikirlərini də təsbitləyə bilir. Şairin fikrincə, bəşər övladı iblisin əməlləri ilə “vəcdə gəlib”, insanın zatı isə cənnətdən başlayıb və dünyanın dərki bu ikilikdə vəhdət tapıb. H.Sahir həm də böyük türk ruhunun daşıyıcısıdır. “Nərgiz” poemasında da bu ruh aydın duyulmaqdadır. Əsərdə əski türklərin xilaskarı olmuş boz qurd yenə də həmin xilaskarlıq missiyasını xəyali qavramda yerinə yetirməkdədir. Poemadan məlum olduğu kimi, qonşu mahalın xanı Nərgizi oğurlayaraq qaçırır. Qoca xanın əlində çarəsiz qalan bu köməksiz, ancaq məğrur türk qızının dadına çatan da, məhz boz qurd olur:

Gördü röya görən kimi nazənin

Bir qoca qurd ona dikmiş gözlərin...

Əlbət, insan olur ikən giriftar,

Bəzən ürək ümid ilən nurlanar.

Zəncirlərə bağlı vəhşi canavar,

Bəzən polad zəncirlərin də qırar.

O bilirdi, darda qalanda Gülzar

Onu qanun deyil, al qan qurtarar.

Esmira Fuad

filologiya üzrə elmlər doktoru