Azərbaycan milli mətbəxi Avstriyada - FOTO Güney Azərbaycan

Azərbaycan milli mətbəxi Avstriyada - FOTO

Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib.
Avstriya Azərbaycanlılar Cəmiyyətindən verilən məlumata görə, gün ərzində festivala dünyanın bir çox ölkələrindən gələn diaspora nümayəndələri öz milli mətbəxlərinin nümunələrini tədbir iştirakçılarına təqdim ediblər.
Ölkəmizi bu tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyəti təbliğ edib. Cəmiyyət festivala Azərbaycan mətbəxinin müxtəlif təamları, ilk növbədə isə şah plovla qatılıb.
Cəmiyyətin rəhbəri Fərid Əzizov bildirib ki, rəhbərlik etdiyi təşkilat bu tədbirə ciddi hazırlaşıb və təqdim olunan nemətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şah plovu dadan tədbir iştirakçıları onu digər qonaqlara da tövsiyə ediblər.
Qeyd edilib ki, bu kimi tədbirdə iştirak, milli mədəniyyətin və mətbəxin təqdimatı Azərbaycanın dünyada daha da yaxşı tanıdılmasına öz töhfəsini verir.