Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Azərbaycan”  qəzetinin səhifələrində  - 56-cı yazı

“Azərbaycan”  qəzetinin səhifələrində  - 56-cı yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 56-cı yazı

***
Azərbaycan radiostansiyası

Bazar günü aprel ayının 7-də birinci dəfə olaraq Təbriz radio stansiyası açılıb verilişə başladı və günortadan sonra saat 4-də 380 metr dalğada (orta dalğa) birinci verilişi Azərbaycan dilində verildi. Hələlikdə davamlı proqram tənzim olana kimi imtahan üçün hər gün günortadan sonra saat 6-da yuxarıda deyilən dalğada Təbriz radiosundan Azərbaycan dilində xəbərlər və yerli orkestr tərəfindən ifa olunan musiqi eşidiləcəkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946

***
Firidun İbrahimi: "Firqə hərbiləşir"
Firqəmizin üzvləri sonsuz və dərin etimadlarını hər zaman firqənin ali orqanlarının göstərişlərini düzgün bir surətdə icra etməklə firqə rəhbərliyinə göstərmiş və isbat etmişdirlər. Mərkəzi Komitənin bütün çağırışları firqə üzvləri tərəfindən həmişə çox hərarət və maraqla qarşılanmışdır. Bu dərin və sonsuz inamın nümunəsi firqə üzvləri tərəfindən Mərkəzi Komitənin firqəni hərbiləşdirmək barəsində verdiyi fərmanın diqqətə alınması və icrasında aydıncasına görünməkdədir. Bu şərəfli çağırış firqəmizdə dərin bir hissi oyandırıb. Hamı vətən və azadlıq müdafiəsi üçün silah altına girmək üçün bir-birilə yarışmaqdadırlar.
Təbiidir, hər bir firqə üzvü əlinə aldığı silahın haqqını o zaman ifa etmiş olar ki, vətən azadlığı uğrunda aparılan mübarizələrdə layiqincə ondan istifadə edə bilsin, son müharibələrdə əldə edilən geniş təcrübələrlə tanış olsun, kifayət miqdarda taktika və hərbi təlimlərdən bəhrələnmiş olsun. Bu hərbi imtiyazları əldə etmək üçün firqəmiz əlverişli bir şərait yaradıb və belə bir şərait bütün firqə üzvllərinə imkan verir ki, şəhərləri, fabrik və zavodları, iqtisadi və hərbi cəhətdən əhəmiyyətə malik olan məntəqələri qorumaq və müdafiə etməkdən ötrü bir silsilə təlimlər almağa başlasınlar və döyüşlərə, həmlə və müdafiə üsuluna bələd olsunlar. Firqənin hərbiləşməyi firqəmizin iftixarla dolu tarixində çox əhəmiyyətli bir yer tutur.
Bu gündən etibarən bütün firqə üzvləri vətənimizi layiqincə müdafiə etmək üçün hərbi təlimlər görməyə başlayacaq və bu təlimlər sayəsində hər bir firqə üzvü öz tarixi vəzifəsini yerinə yetirməyə hazırlaşacaqdır. Firqəmiz hər bir həssas və tarixi mərhələdə öz ləyaqətini Azərbaycan xalqına azadlıq və həqiqi demokratiyaya rəhbərlik etməkdə göstərmişdir. Ona görə biz əminik ki, firqəmiz bu tarixi mərhələdə daha da iftixar və şərəflə imtahandan çıxacaq və saədət qapısını millətimizin üzünə açacaqdır.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 166, 7 aprel 1946-cı il

***

Rza Azəri: "Qəhrəman Təbrizin inqilab tarixindən bir səhifə"

Birinci yazı

Hicrətin 1326-cı ilində (1908-ci miladi ilində - red.), yəni 39 il bundan qabaq Məhəmmədəli Şah 1906-cı ildə atası Müzəffərəddin şah tərəfindən İran millətinə verilən Məşrutəni (Konstitusiyanı – red.) və azadlığı - “Dar əş-Şurayi Milli”ni (Milli Şuranı - Parlamenti) topa tutub dağıtmaqla bütün İranda ortadan qaldırdı. Yalnız Təbriz əhalisi Səttarxan və Bağır xanın sərkərdəliyi ilə silahlı surətdə qiyam edib öz haqlarını əldən verməyəcəklərini Məhəmmədəli şaha əməli surətdə rəşadətlə bildirdilər.
İranın sair yerləri kimi Təbrizi də sakit və Məşrutənin ləğv olunmasına razı etmək üçün o müstəbid hökmdar hər tərəfdən Təbrizin üstünə qoşun göndərməyə başladı. Həmin 1908-ci ildə Təbrizin qeyrətli və şücatəli əhalisi ilə istibdadın irtica və dövlət qüvvələri arasında gedən qanlı vuruşmaları görənlərdən həyatda olanlar indi də o inqilabın necə ruhlu və əzəmətli bir inqilab olduğundan heyrət və dəhşətdədilər. O zamanlar hələ təyyarə, tank və yaxud bugünki ixtiralar icad edilməmişdi.
Bununla bərabər Təbrizin o qanlı və alovlu döyüşləri demək olar ki, dünyada o tarixə qədər baş verən demokratik inqilabların və savaşların nisbətlə ən mühümlərindən idi. Yenə də cəsarətlə iddia etmək olar ki, 1789-cu ildə başlayan Fransanın böyük inqilabından sonra təbrizlilərin 1908-ci ildəki Məşrutə və azadlıq uğrunda apardıqları qanlı inqilab və vuruşmaları dünyanı heyrətə salan böyük tarixi inqilab idi. Dünyanın mühüm ölkələrindən qəzet və xəbər agentlikləri müxbirləri Təbrizə gəlmişdilər. Təbrizlilərin bu qeyrətinə bütün dünya təqdir və təzim nəzərilə baxırdı. Hətta, Təbrizdəki “Memorial” mədrəsəsində müəllimlik edən cənab Paskervil Amerika təbəəliyindən istefa verərək fədailərə qoşuldu. O mərhum da Qara Məlik davalarının birində şəhid oldu. Təbrizin bu müqəddəs inqilabına yardım etmək üçün azadlıqsevən Şimali azərbaycanlı, gürcü və erməni qardaşlarımızdan bir çoxları da buraya gəldilər və burada onlardan da irtica qüvvələri tərəfindən şəhid edilənləri az olmadı.
Xülasə, o qanlı döyüşlərin ən sayılı günlərindən birisi də Maku ordusunun ikinci dəfə olaraq Təbriz üzərinə gəlməsidir. O dəhşətli döyüşün bir-iki səhnəsini Vərcili Hacı Məhəmməd Bağırın o tarixdə günü-gününə yazmış olduğu “İnqilabi Azərbaycan” (Azərbaycan inqilabı – red.) adlı tarixi kitabındən iqtibasla Azərbaycanın yeni nəslinə yazıb təqdim etməyi münasib və faydalı hesab edirəm.

***
1908-ci ilin iyul ayının əvvəlindən, təbrizlilərin istibdad və dövlət orduları ilə pəncə-pəncəyə dayanıb çarpışmasından 35 min nəfərlik Maku ordusunun 25 sentyabr 1908-ci ildə Təbriz üzərinə gəlməsinə qədər, yəni 3 ayın müddətində, Təbriz təqribən mühasirədə idi. Bu son aydan mühasirə daha da şiddətlənmişdi.
Təbrizə ətrafdan gələn azuqənin və hətta şəhərə axan suların da yolları kəsilmişdi. Sentyabr ayının 22-də Basmıncda oturan bütün dövlət qüvvələrinin baş komandanı şahzadə Eynüddövlə irtica və istibdad qüvvələrinin məskəni və toplanma yeri olan Dəvəçi, Surxab, Seylab və Şeşgilan məhəllələrindən başqa Təbrizin yerdə qalan və o tarixə qədər rəşadətlə döyüşən 11 məhəlləsinin əhalisinə “nota” göndərərək 48 saata qədər təslim olub ağ baydaq qaldırmaları üçün möhlət vermiş və təslim olmadıqları təqdirdə o məhəllələri yer ilə bərabər edib əhli-əyallarını əsir edəcəklərini bildirmişdi.
Səttarxana bu xəbəri gətirdiklərində tamam cəsarət ilə demişdi ki, “48 saat çoxdur, xahiş edirəm elə bu saat müharibəyə başlasınlar”. Bağırxan da “hər nə əllərindən gəlir əsirgəməsinlər”, deyə cavab vermişdi.
Təbrizin camaatı da Eynüddövlənin bu hədəsini istehza ilə lağa qoyub deyirdilər: “Biz üç aydır gecə-gündüz vuruşmadayıq, Eynüddövlənin tiryək həvəsi başına vurub, müharibənin içində olduğumuz halda yenidən Təbrizə elani-hərb etməsi (müharibə elan etməsi – red.) çox gülünc və axmaqlıqdır”. Camaat böyük mitinqlər təşkil edərək “bizim müharibədən və ölməkdən qorxumuz olsaydı, öz hüququmuzu almaqdan ötrü bu ölüm-dirim meydanına qədəm qoymazdıq. Onun möhlətinə ehtiyacımız olmadığı kimi kiçikli, böyüklü, qocalı, cavanlı öz haqqımız uğrunda ölüb-öldürməyə hazırıq”, - dedilər.
Təbrizin qeyrətli camaatı bu möhlətin tamam olmasını səbirsizliklə gözləyib saatları sayırdılar. Həqiqətən o zamanlar Təbriz çarpışıb-vuruşmanı adət etmişdi. Top-tüfəng səsi kəsiləndə canları sıxılırdı.
Çərşənbə günü şabanın 26-da (23 sentyabr 1908-ci il tarixində - red.) Makudan gələn böyük odru Sofyan və Xoca Mircandan Təbrizə tərəf hərəkət etməyə başladı. Təbrizin yaxınlığına yetişəndə Qara Məlikdə yerləşən Qaradağlı salari ərfə və Seyfulla xanın komandanlığı altında olan Qaradağ atlıları və Qara Məlikin yerli əhalisi tərəfindən qarşılanaraq şəhərin şimal-qərbinin bir ağaclığında olan “Ana xatun” kəndində və ətrafında “oturaq” etdilər. Şabanın 27-ci gecəsi (1908-ci ilin sentyabr ayının 24-cü gecəsi - red.) iki tərəfin top və tüfənginin səsindən hamı əsəbilikdən dəli kimi olmuşdu. Təbrizin igid fədailəri səhərə qədər səngərlərdə, tozun, dumanın içində və yuxusuzluqla başa vururdular.
Cümə axşamı günü sentyabr ayının 25-də Eynüddövlənin özü tərəfindən konkret olaraq verdiyi 48 saatlıq möhlət və yaxud özü hazırlıq aparmaq üçün ayırdığı zaman qurtadığından qoca təbrizlilər bir gün əvvəldən kiçikli-böyüklü müdafiəyə hazırlanmışdılar. Amma düşmən tərəfindən bir hərəkət və əlamət görünmədiyindən Sərdari-saların əmrilə Ərk, Əmirxiz və Xiyabandan Ana xatuna, Surxaba və Şateranludakı orduya tərəf top atəşi oldu. Yenə də düşmən tərəfindən bir cavab və bir hərəkət görülmədiyindən fədailər də top atəşinə son verdilər.
1. Hovard Konklin Baskervil (10.04.1885 – 19.04.1909, Təbriz) — Təbrizdəki Amerikan “Memorial” Məktəbinin (presviteriyan missiya məktəbi) amerikalı müəllim. O, Məşrutə hərəkatı zamanı konstitusiya uğrunda apardığı mübarizə zamanı qətlə yetirilib. Hovard "İranın amerikalı Lafayeti" adlandırılır.
2. Bu məhəllə Təbrizin qapılı məhəllələrindən biridir. Təbriz və Azərbaycan xalqları arasında Vərci kimi tanınır. Vərci məhəlləsi cənubdan Gəcil və Qara Ağac, qərbdən Hökmabad, şimaldan Çustduzan, Əmirxiz və Səncəran, şərqdən isə Şotorban, Çahar Minar məhəllələri və kiçik bir küçə ilə həmsərhəddir.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 164, 4 aprel 1946-cı il

***

Dostlar!
Nə qədər ağır olsa da, bu qəhrəmanlıq tariximizi, Məşrutə hərəkatında Səttarxan Sərdari-Milli və Baxırxan Salari-Millinin rəhbərliyi altında Azərbaycan xalqının İran mərkəzi hökumətinə, mürtəcelərə qarşı apardıqları mübarizədə, ağır və ağlasığmaz qüvvə fərqinə baxmayaraq verdikləri qurbanlar müqabilində qazandıqları qələbə, əldə etdikləri konstitusiya salnaməsini hövsələ edib oxumağa dəyər.
Bu həm milli və həm siyasi yaddaşımızı təzələyəcək, nəyə qadir olduğumuzu hiss etdirəcək, bu gün nə edə biləcəyimizi və necə edə biləcəyimizi bir daha qarşımızda mühüm bir vəzifə kimi qoyacaqdır.
Uğurlar diləyi ilə,
Rza Azəri: "Qəhrəman Təbrizin inqilab tarixindən bir səhifə".

2-ci yazı

Bu günlərdə, yəni 1326-cı ilin şəban (1908-ci ilin sentyabr – S.B.) ayında şəhərin azuqəsi qurtarmış, çörək də tapılmırdı. Şəhərin mühasirəsi elə şiddətlənmişdi ki, xaricdən bir nəfərin də olsun şəhərə daxil olması mümkün deyildi. Bir şəxs rəvayət edirdi ki, mən ayın 27-də (sentyabr ayının 24-də - S.B.) Basmıncda idim. Səhərdən axşama kimi o qədər piyada və atlı qoşun Təbrizə tərəf keçib getdi ki, sayı-hesabı yox idi. Öz-özümə deyirdim, biçarə Təbriz əhalisi bu qədər qoşunun qabağında necə dözəcək. Yəqin ki, şəhər bir saatda təslim olub xarab olacaqdır.
***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.