Şərqi Azərbaycanda koronovirusun artma tendensiyası barədə xəbərdarlıq / Marağa və Binabda xəstələrin sayı çoxalıb Güney Azərbaycan

Şərqi Azərbaycanda koronovirusun artma tendensiyası barədə xəbərdarlıq / Marağa və Binabda xəstələrin sayı çoxalıb

Təbriz Tibb Elmləri Universitetinin rəisi Şərqi Azərbaycan əyalətinin cənub bölgələrində, o cümlədən Marağa və Binab şəhərlərində koronovirus infeksiyasına yoluxanların, xəstəxanaya yerləşdirilənlərin və dünyasını dəyişənlərin sayında artm olduğunu bildirib.

“İLNA” xəbər agentliyinin müxbirinin Marağadan verdiyi xəbərə görə, Məhəmməd Hüseyin Somi qoruyucu maskalardan istifadə etməmək, ictimai fasiləni gözləməmək və fərdi gigiyeniya qaydalarına laqeydli infeksiyanın cənub bölgələrində yayılmasının əsas amillərindən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əyalət səviyyəsində nəzərə alınan ortalama yoluxma cədvəlində Marağa və Binab şəhərlərində yoluxanların sayı başqa bölgələrə nisbətdə bir dəfə yarım çoxdur.

M.H.Somi Marağada götürülən “PCR” testlərinin 45% müsbət olduğunu söyləyib.
Hazırda Şərqi Azərbaycan əyaləti xəstəxanalara gündəlik 500 nəfərdən az Covid-19 xəstəsi qəbuluna və hər gün ortalama 6 ölüm faktına görə ölkə səviyyəsində 16-cı yerdə qərar tutub.