Rəştdə Qarabağ məhkumları bəraət alıblar Güney Azərbaycan

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

Rəşt İnqilab Məhkəməsinin 12-ci bölməsi Qarabağın azadlığına dəstək verdikləri üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılan 3 türk fəal barəsində bəraət hökmü çıxarıb.

Milli-mədəni fəallar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat”da ittiham olunurdular. Məhkəmənin qərarı şifahi şəkildə fəallara

bildirilib.

Rəşt Universitetinin “Yağış” öyrənci dərgisinin baş redaktoru “İbrahim Gənci” 18 oktyabr 2020-ci ildə İran təhlükəsizlik məmurları tərəfindən Rəşt şəhərində saxlanılmışdır.

İki başqa mədəni fəal “Vədud Əsədi” və “Məhəmməd Eyni” isə bir gün sonra 19 oktyabr 2020-ci ildə axlanılmışdılar.

Milli-mədəni fəallar Qarabağın azadlığı uğrunda əməliyyat keçirən Azərbaycan Ordusuna dəstək olduqları və Nurduz gömrüyünün bağlanmasını tələb etdikləri üçün tutulduqlanmışdılar.

Gunaz.tv