Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır Güney Azərbaycan

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

Hökumətin Azərbaycanda kaneks məktəbləri yığışdırmaq və təhlükəsiz məktəblər inşa etmək vədlərinə baxmayaraq, Əhər valisi şəhər ətrafı 30 kənddə şagirdlərin kaneks məktəblədə təhsil aldığını açıqlayıb.

“Gənc Jurnalistlər Klubu”ndan verilən məlumata görə, Əhar fərmandarı Xodabaxş, Əhar'də yenidən qurulması vacib olan 8 məktəbin olduğunu deyib.

Şəhərdə xeyriyyəçilər tərəfindən tikilən 11 məktəbin qeyri-müəyyənliyindən danışan fərmandar, xeyriyyəçi qruplar və şəxslər tərəfindən tikilib bağışlanan məktəblərin taleyinin Təhsil Nazirliyi tərəfindən hələdə bəlli olmamasını tənqid edib.

O, mövcud təhsil mərkəzlərinin şəhər məktəblilərinin ehtiyaclarına cavab vermədiyini, çox sayda 9 və daha çox sinifli məktəblərin inşası və yenidən qurulmasının vacib olduğunu söyləyib.

Xudabəxş 2012-ci il zəlzələsində dağılan və xəsarət alan bir çox məktəbin by günə kimi yenidən qurulmadığını, bunun bölgənin təhsil sisteminə mənfi təsir göstərdiyini deyib.
O, bölgə məktəblilərinin 30%-dan çoxunun online təhsil proqramından qıraqda qaldığını açıqlayıb.

Əhər Təhsil İdarəsinin rəisidə şəhərdə ən azı 17 sayda 12 sinifli məktəbin tikintisinə vacib ehtiyac duyulduğunu söyləyib.

Purfəthi şəhərin ətraf kəndlərində 1 və 6 sinifli 35 məktəbə ehtiyac olduğunu, hal-hazırda ən azı 32 məktəbin 3 şift təhsil verdiyini və bunun təhsilin keyfiyyətinə ciddi problem yaratdığını vurğulayıb.

Hökumət məktəb tikintisinə vəsait ayırmadığı üçün kaneks məktəblər bütün vaxtlarda, özəlliklə qış aylarında məktəblilər üçün iki qat problem və təhlükəyə çevrilir.

Buna nümunə kimi yanvar ayının 15-də Əhərin “Sarılar” kəndində güclü külək əsdiyinə görə dağılan kaneks məktəbi göstərmək olar.

İran konstitusiyasının 30-cu maddəsində “dövlət bütün vətəndaşları orta məktəbin sonuna qədər pulsuz təhsil ilə təmin etməli və ödənişsiz ali təhsil üçün şərayit yaratmalıdır” yazılıb.

Gunaz.tvQuote | Gunaz article