İranda bəhayilərə qarşı təzyiqlər davam edir Güney Azərbaycan

İranda bəhayilərə qarşı təzyiqlər davam edir

Tehran məhkəməsinin 36-cı şöbəsi Pərisa Sadiqini “Bəhayi icmasına üzv oplmaq və yönəltmək” ittihamı ilə həbs cəzası verib.

Bundan öncə P.Sadiqi Tehran İnqilab məhkəməsinin 28-ci şöbəsində mühakimə olunmuşdur.
İnqilab Məhkəməsində dövlət ittihamçısı Pərisa Sadiqiyə “bəhayi inancını yaymaq üçün ona üzv olmaq, yönəltmək və rejimə qarşı təbliqat aparmaq” ittihamları ilə 6 il həbs cəzasının verilməsini istəmişdi.
Pərisa Sadiqi 2017-ci ilin sentyabr ayında Tehran şəhərində Bəhayi icmasının üzvlərinin birinin evində keçirilən toplantıda həbs olunmuşdur.
Son məhkəmə iclasında o “rejimiə qarşı təbliğat aparmaq” ittihamından bəraət alıb. Bu ittihama görə nəzərdə tutulan bir həbs cəzası ləğv edilib və başqa ittihamlara görə P.Sadiqi 5 il azadlıqdan məhrum olunub.
Bundan öncə Şirza və Bəndər Abbasda yaşayan, həbs cəzasına məhkum edilmiş 8 bəhayi vətəndaş məhəkəmədən göndərilən bildiriş vərəqələri vasitəsi ilə məhkumluq dövrlərini keçirmək üçün Bəndər Abbas həbsxanasına çağrılıblar.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı quldur “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Gunaz.tv