Milli-mədəni fəal girov qarşılığında sərbəst buraxılıb Güney Azərbaycan

Milli-mədəni fəal girov qarşılığında sərbəst buraxılıb

Bir neçə gün öncə İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılan Yaşar Piri müvəqqəti azadlığa buraxılıb.

O, fevralın 24-də 50 milyon tümən girov qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Yaşara Pirinin yaxınlarının bildirdiyinə görə, mədəni fəal fevralın 21-də təhlükəsizlik məmurları tərəfindən döyülərək saxlanılmışdır.
Hələlik ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilməyib.
Bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdır.
Onlar “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun təhlükləsizlik təcridxanasına köçürülmüşdülər. Qardaşlar 26 gün dindirildikdən sonra Təbriz həbsxanasının 3-cü bəndinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.
Y.Piri 2012-ci ilin mart ayında Urmu gölünün qurudulmasına etiraz aksiyasında tutuqlanaraq “ictimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.
Təbriz Azad Universitetinin məzunu Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb.

Gunaz.tv