İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib Güney Azərbaycan

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

Fevralın 21-də saxlanılan milli-mədəni fəal təcridxanada məruz qaldığı işgəncələr nəticəsində xəstəxanaya yerləşdirilib.

Qardaşı Ruzbeh Piri onun durumu barədə məlumat verib.
“Yaşar Piri 21 fevralda mülki geyimli təhlükəsizlik məmurları tərəfindən heç bir əsas göstərilmədən və özlərini təqdim etmədən həb olunub.
Saxlama zamanı ona baş nahiyəsindən elektrik şoku verib, ağzına bibər qazı sıxıblar. Yarı hüşsüz vəziyyətdə olan Yaşarın əl-qolunu qandallayaraq, döyə-döyə avtomobilə atıblar.
Avtomobildə də döyülən Yaşarın durumu həddindən artıq ağır olduğu üçün həbsinin dördüncü günü onu xəstəxanaya köçürür və oradanda girov qarşılığında müvəqqəti azadlığa buraxırıblar.
Qeyd edək ki. Yaşar Piriyə qarşı iddia qaldıran yarı-hərbi Bəsic qüvvələrinin bölməsi, onu saxlayıb və işgəncə edən isə İran İnqilab Keşikçiləri Ordusunun təhlükəsizlik və kəşfiyyat bölümünün Təbriz şəhər şöbəsi olub”.
Ruzbeh Piri bildirib ki; “Qardaşım müvəqqəti azadlığa buraxıldıqdan sonra həkim onun durumunun ağır olduğunu deyib və təcili xəstəxanaya yerləşdirilməsi barəddə tapışırıq verdi. Xəstəxanada həkim Vərşoçu tərəfindən müayinə olunan Yaşarın nəfəs çatışmazlığı onda koronovirus olduğunu barədə şübhəyə yol açdı. Ancaq testlərin nəticəsindən sonra onun koronovirusa yoluxmadığı və bibər qazı səbəbindən ağ ciyərində ciddi problemlər yarandığı həkimlər tərəfindən təsdiq edildi.
Bununla yanaşı aldığı zərbələr nəticəsində böyrəklərində də ciddi problemlər və ağrılar baş verən Yaşar Təbrizin “İmam Rza” xəstəxanasının böyrək çatışmazlığı bölməsində yerləşdirilərək davamlı dializ edilir. Bu dəqiqəyə kimi o dörd dəfə dializ olunub və həkimlər bunun davam edəcəyini bildirirlər.
Bundan öncə yaşarın sağlamlığında heç bir problem olmayıb. Həkimlər onun nədən əziyyət çəkdiyini desələr də, problemin səbəbi barədə danışmaqdan və rəy verməkdən boyun qaçırırlar.”

Açıklama yok.

Xatırladaq ki 21 fevral Beynəlxalq Ana Dili Günü saxlanılan Yaşar Piri 3 gündən sonra 50 milyon tümənlik girov qarşılığında Təbrizin mərkəzi zindanında müvəqqəti azadlığa buraxılıb.
O bibər qazı və aldığı zərbələr nəticəsində ağ ciyər və böyrəklərində ciddi problemlər yarandığı üçün müalicə olunur.
Qeyd edək ki, bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdır.
Onlar “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun təhlükləsizlik təcridxanasına köçürülmüşdülər. Qardaşlar 26 gün dindirildikdən sonra Təbriz həbsxanasının 3-cü bəndinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.
Y.Piri 2012-ci ilin mart ayında Urmu gölünün qurudulmasına etiraz aksiyasında tutuqlanaraq “ictimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.
Təbriz Azad Universitetinin məzunu Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb.

Gunaz.tv