İranda anti-türk siyasəti:Qərbi Azərbaycanda idarəçilik kürdlərə ötürülür Güney Azərbaycan

İranda anti-türk siyasəti:Qərbi Azərbaycanda idarəçilik kürdlərə ötürülür

Qərbi Azərbaycan əyalətində müxtəlif vəzifələrə qeyri-türk və yerli olmayan məmurların təyin olunması prosesi davam edir.

Rejimin bu siyasəti Güney Azərbaycanda ciddi etirazlarla qarşılanır.

Bir müddət öncə Qərbi Azərbaycan Həbsxanaları üzrə Baş İdarəyə qeyri-türk və yerli olmayan şəxs başçı təyin olunub.

Əyalətin qeyri-türk qubernatoru Məhəmməd Mehdi Şəhriyarinin göstərişi və xüsusi fəallığı ilə bu vəzifəyə Şimali Xorasanda çalışan kürd dilli Müctəba Məhəmmədi gətirilib.

Qeyd edək ki, bu adam əvvəlki işindən yarıtmaz fəaliyyətlərinə görə qovulub.

Urmu şəhərinin yerli mətbuatı əyalətin qubernatoru və məhkəmə başçısının Müctəba Məhəmmədinin təyinatı ilə bağlı xüsusi fəallığının anlaşılmaz olduğunu yazır. Yarıtmaz idarəçiliyi ilə tanınan bir şəxsə belə həssas bir məsuliyyətin tapışırılmasının yanlış qərar olduğu vurğulanır.

Bir neçə ildir ki, Qərbi Azərbaycan əyalətində yerli və türk məmurların işdən uzaqlaşdırılması və onların yerinə yerli olmayan və qeyri-türk, özəlliklə kürd məmurların təyin olunması etirazlara səbəb olub.

Qeyd edək ki, 2017-ci ilin oktyabr ayından Qərbi Azərbaycan əyalətinə qubernator təyin olunan Məhəmməd Mehdi Şəhriyari vəzifəsinin icrasına başladığı ilk gündən türk məsulların işdən uzaqlaşdırılması, qubernatorluq, bələdiyyə və şəhər şuralarında mühacir qeyri-türklərin yerləşdirilməsi yönündə ciddi addımlar atıb.

Urmu şəhərinin keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur bu məsələdə onun qarşısında əsas maneələrdən biri sayılırdı. Bu iki məsul arasında olan ixtilaflar barədə mətbuatda dəfələrlə xəbərlər yayınlanmışdı.

Yanvarın 11-də Məhəmməd Həzrətpurun saxlanılması və vəzifədən uzaqlaşdırılmasından sonra qubernator Məhəmməd Mehdi Şəhriyarinin mühacir qeyri-türklərin məsul vəzifələrə təyin olunması istiqamətindəki fəaliyyəti daha da genişlənib.

Gunaz.tv