Zəngan və Təbrizdə vəzifəli şəxslər həbs olunub Güney Azərbaycan

Zəngan və Təbrizdə vəzifəli şəxslər həbs olunub

Zəncan əyalətinin keçmiş Yollar və Şəhərsalma Təşkilatının Baş direktoru və Şərqi Azərbaycan əyalətinin hazırkı Mənzil Fondunun Baş direktoru həbs edilib.

Onlar təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən saxlanılıb.

Şərqi Azərbaycan Mənzil Fondunun Baş direktoru Hafiz Babapurun saxlanılmasının əsas səbəbinin Mənzil Kooperatv Fondunda baş verən maliyyə pozuntuları olduğu bildirilir.

Bu məsələ ilə bağlı son iki ayda çox sayda vəzifəli şəxs həbs olunub.

Eyni ittihamlarla İranın keçmiş Şəhərsalma naziri Abbas Axundinin də həbs olunduğu bildirilir. Bununla da həbs olunan vəzifəli şəxslərin sayı 25 nəfərə çatıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının bu ilin yanvar ayında yayınladığı hesabata görə İran ən çox korrupsiyaya bulaşmış ölkələr siyahısında yer alır.

Siyahıda İran 180 ölkə arasında 149-cu yerdə qərar tutub.

Gunaz.tv