Təbrizdə aksiya: Universitet müəllimləri rektorluğun qarşısına toplaşdı Güney Azərbaycan

Təbrizdə aksiya: Universitet müəllimləri rektorluğun qarşısına toplaşdı

Dünən, mayın 2-də Təbriz Universitetinin elmi heyətinin üzvləri sosial tələblərlə etiraz aksiyası keçirib.

Uzun illərdir maaşlarının artırılmamasına etiraz edən müəllimlər rektorluq binası qarşısına toplaşıb.

Aksiyada iştirak edən müəllimlər illərdir qanuni müraciətlərinin cavabsız qaldığıənı bildirib. Qeyd ediblər ki, bu yanaşma özlərinə və müəllimlik peşəsinə qarşı təhqirdir.

Pedaqoqlar hüquqlarının bərabərləşdirilməməsini özlərinə qarşı haqsızlıq adlandırıblar.

Aksiyaya qatılan Təbriz, Üskü və Tufarqanın (Azərşəhr) İran parlamentindəki nümayəndəsi və Təbriz Universitetinin elmi heyətinin üzvü bildirib ki, parlamentdə bu problemlərin həllinə çalışsalar da nəticə əldə edə bilməyiblər.

Gunaz.tv