Qəzvində üç məhkum edam edilib Güney Azərbaycan

Qəzvində üç məhkum edam edilib

Qəzvin şəhərinin həbsxanasında üç məhkum dar ağacından asılaraq edam olunub.

Onlar bundan öncə narkotik maddələrin alverində günahlandırılan şəxslər olublar. İyulun 28-i səhər saatlarında həyata keçirilən edam barədə iyulun 31-də məlumat yayılıb.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, edam olunan İsmayıl Fatehi, Mənsur Məhəmmədi və soyadı bilinməyən Mənsur adlı şəxslərdirlər.

Məlumatda İsmayıl Fatehinin 5 il, Mənsur Məhəmmədi və Müzzəffərin isə 6 il bundan öncədən həbsxanada edam qorxusu altında məhkumluq həyatı yaşadıqları bildirilir.

Beynəlxalq Əfv Təşkilatının yayınladığı son hesabatda bildirilir ki, 2020-ci ildə İranda ən azı 246 nəfər edam olunub.

Edamların dəqiq sayı bilinməyən Çin Xalq Respublikası nəzərə alınmasa İran dünyada edam sayına görə birinci yerdədir.

İranda edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumata verməmələri üçün təhdid olunur.

İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.

Gunaz.tv