“Traxtur” növbəti qarşılaşmaya hazırlaşır İdman

“Traxtur” növbəti qarşılaşmaya hazırlaşır

Təbrizin "Traxtur" futbol komandası növbəti görüşə hazırlaşır.
Azərbaycan komandası cümə günü, sentyabrın 14-ü yerli vaxtla saat 20:00-da Abadanın "Sənət neft" komandası ilə qarşılaşacaq.
İran kubokunun 1/16 final mərhələsi çərçivəsində keçiriləcək görüş Abadanın Təxti satadionunda baş tutacaq.
Bu arada "Traxtur" klubu komandaya yeni oyunbçular transfer etməkdə davam edir.
Son məlumata görə, Azərbaycan klubunun məsulları Ramin Rzaiyanı komandaya cəlb etmək üçün onunla müzakirəyə başlayıb. Klubun sahibi Məhəmmədrza Zenuzi onu komandaya transfer etmək üçün əlindən gələni edir.
Bundan əvvəl yayılan şayiələrə görə, Ramin Rzaiyan "Perspolis"ə qayıtmaq istəyib. Lakin Tehran komandasının baş məşqçisi Branko İvankoviç son müsahibəsində bu oyunçuya ehtiyacı olmadığını bildirdikdən sonra onun "Traxtur"a qoşulacağı qətiləşib.