FİFA açıqladı: Yığmamız batdıqca-batır İdman

FİFA açıqladı: Yığmamız batdıqca-batır

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə Azərbaycan yığma komandası üç pillə geriləyib. Yığma 1177 xalla 114-cü pilləyə düşüb.
Qeyd edək ki, reytinq cədvəlinin ilk üçlüyü dəyişməz qalıb. Belçika, Fransa və Braziliya yerlərini qoruyub saxlayıb.