20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 5-ci “Arpachay Open” beynəlxalq turniri keçiriləcək İdman

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 5-ci “Arpachay Open” beynəlxalq turniri keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2019-cu il tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin, o cümlədən 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən tədbirlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.
Yuxarıda qeyd edilən kontekstdən çıxış edən karate üzrə ölkəmizin aparıcı klublarından olan Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılğı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 5-ci “Arpachay Open” beynəlxalq turniri keçiriləcək. 2020-ci il 17-19 yanvar tarixlərində Bakı İdman Sarayında baş tutacaq turnirdə 15-dən çox ölkədən (Azərbaycan, Çexiya, Əfqanıstan, Hindistan, Gürcüstan, İran, İraq, İsrail, Pakistan, Qazaxıstan, Qırğızıstan, Kuba, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan, Ukrayna və d.) 1000-dən çox idmançının iştirakı gözlənilir.